Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanBəriabad

Haqqında[redaktə]
Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, rayon mərkəzindən 21 km şimal-qərbdə, İcevan-Krasnoselsk yolunun cənub tərəfində azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 111, 1926-cı ildə 91, 1931-ci ildə 109, 1939-cu ildə 102, 1959-cu ildə 205 nəfər azərbaycanlı əhalisi olub. 1960-cı ildə Əmirxeyir kəndi ilə birləşdirilmişdi. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.

Tarixi[redaktə]
Bəriabad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan Ardı »

Qərbi AzərbaycanHüseyn Hüseynov (şair)

Həyatı[redaktə]
Hüseyn Hüsеynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) "Paşalar" nəslində аnаdаn оlmuşdur.

Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub.

İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O həmçinin 1930-cu illərdə lüğət də hazırlamışdır.

Dahi şairimiz Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər.

Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır.

1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949-1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində Ardı »

Qərbi AzərbaycanQalaser

Tarixi[redaktə]
Qalasar - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir.

Kənddə 1873-cü ildə 108 nəfər, 1886-cı ildə 154 nəfər, 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 154 nəfər, 1914-cü ildə 170 nəfər, 1916-cı ildə 248 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 142 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim qala sözü ilə türk Ardı »

Qərbi AzərbaycanAzad Qurbanov

Həyatı[redaktə]
Azad İsa oğlu Qurbanov 26 iyun 1966-cı il tarixdə Göyçə mahalının (Ermənistan) Cil kəndində anadan olmuşdur.

1973-1983-cü illərdə Bakı şəhərindəki 45 saylı orta məktəbdə oxumuşdur.

1983-1991-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

1992-1995-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında aspiranturada təhsil almışdır.

1997-ci ildə "Mürəkkəb reoloji mühitin gərginlik-deformasiya halının mayenin süzülməsinə təsirinin tədqiqi" ("Maye, qaz və plazma mexanikası") mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Fizika-riyaziyyat elmləri namizədidir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissasiyasının 06.04.2004-cü il tarili qərarı ilə ona dosent elmi adı verilmişdir. 30-dan artıq elmi əsərin, o cümlədən ali mətəb tələbələri üçün 10 kitabın, 6 tədris proqramının müəlifidir.

İran, Almaniya, Türkiyə, İoradniya, Rusiya, Özbəkistan Ardı »

Qərbi AzərbaycanHacı Rəhim

Həyatı[redaktə]
Hacı Rəhim Molla Şəfi oğlu 1860-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Daşkənddə dinin mahir bilicilərindən olmuşdur. Hacı Rəhimin babası Qazaxın Dəmirçilər (Qazax) kəndindən Göyçə mahalına köçübdür. Ümumiyyətlə bu nəsil axund, molla kimi kənddə və digər bölgələrdə tanınmışlar. Kənddə dini məktəb açmış və kənd sakinlərinə dini elmlərdən dərs keçmişdir.

Əsrin əvvəllərində ermənilərin Göyчə mahalında törətdiyi qırğına başçılıq edənlərə qarşы amansızlıq göstərənlərdən biri də Hacı Rəhimdir. Ailələrində dünyaya göz açan qardaş-bacılarının hamısı saza-sözə maraq göstərən, ürəyindən keçənləri qələmə alan olmuşlar.

1918-ci ildə Göyçə mahalında erməni millətçilərinə qarşı xalqı səfərbər edən və özü də bu yolda döyüşən igidlərdən biri olmuşdur.

Daşnak ordusuna başçılıq edən Ardı »

Qərbi AzərbaycanToxluca - Şəxsiyyətləri

Tanınmış seyidləri,hacıları və mollaları[redaktə]
Seyid Məşədi Mir İsmayıl Ağa
Seyid Murtəza - kor Seyid
Bala Seyid- Seyid Həsən
Hacı Abbas
Hacı Ocaqverdi
Hacı Əsgər
Hacı Əhməd
Hacı Hümbət ( Qlava Bayramın atası)
Hacı Məhəmməd
Hacı Hüseyn
Molla Əhməd
Molla Mustafa
Molla Zülfüqar
Molla Kərbalayı Məhəmmədtağı
Molla Hacı Məhəmmədəli
Molla Hacı Əlibaba
Molla Şahin
Molla İman
Ziyalıları[redaktə]
Hüseyn Əhmədov (alim) - Pedaqoji elmləri doktoru, professor, akademik
İbrahim Məhəmməd oğlu Bayramov — Filologiya elmləri doktoru, professor, ADPU-nun doktorantura və magistratura şöbəsinin müdiri
Zakir Məmmədəliyev - Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri.Fəlsəfə üzrə elmlər doktoru, professor
Yusif Əliyev - M.Topçubaşov adına Respublika Cərrahiyə Mərkəzinin Baş həkimi.Doktor, professor
Vaqif Qələndər - Məşhur plastik cərrah, Beynəklxalq Cərrahlar Assosiasiyasının vitse-prezidenti, Qələndər Klinikasının və "Aybükə Qələndər" estetik mərkəzinin təsisçisi.
Müzahim Mehvalıoğlu - azərbaycanlı Ardı »

Qərbi AzərbaycanAllahverdi rayonu

Allahverdi rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dağ Borçalının Loru mahalı ərazisində rayon.

1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Manas (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir. 1988-ci ilə kimi Azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri:Böyük Ayrım, Kiçik Ayrım, Yuxarı Ağtala ,Aşağı Ağtala, Manas, Mədən qəsəbəsi, Şamlıq, Pədin, Cilizə, Ağtala stansiya qəsəbəsi.
Tarixi[redaktə]
Tarixən Quqark əyalətinə daxil olmuşdur. Sonra (VIII-X əsrlərdə) Baqratilərin, Zakarianların, XI əsrdən sonra səlcuqların, Ardı »