Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanGüllücə (Abaran)

Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.

Tarixi[redaktə]
Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib «güllü, çiçəkli ərazidə yerləşən kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur. Ardı »

Qərbi AzərbaycanMeğri rayonu

Tarixi[redaktə]
Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir. Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır.

Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir. Meğrı mahalı Çar Rusiyası dövründə Yelizavetpol quberniyasına daxil olub.

Meğri adının ermənicə izahının (meğ - ermənicə bal Ardı »

Qərbi AzərbaycanElmira Xudaverdiyeva

Xudaverdiyeva Elmira İsgəndər qızı — pedaqoq (1971-1999).

Həyatı[redaktə]
Elmira Xudaverdiyeva 1949-cu ildə Ermənistan SSR-nin Vedi rayonunda ziyalı ailəsində anadan olmuşdur.

Atası İsgəndər Bayram oğlu Xudaverdiyev Vedi mahalının sayılan-seçilən şəxslərindən olmuşdur. Anası Şahzadə Həsən qızı Rzayeva uzun müddət müəllim işləmişdir. 7 övladı olan Xudaverdiyevlər ailəsi 1951-ci ildə Stalinin köçürülmə (deportasiya) siyasəti nəticəsində məcburi olaraq ailəliklə Azərbaycana köçürülmüşlər.

Elmira Xudaverdiyeva 1955-ci ildə Bərdə şəhərində 1 saylı orta məktəbin birinci sinfinə getmiş və 1966-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1966-cı ildə ADU-nin fizika fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin fakültədən məzun olmuşdur.

1971-1974-cü illərdə təyinatla Xaçmazda, təyinat müddəti qurtardıqdan sonra isə Bakı şəhəri Sabunçu rayonundakı 155 saylı Ardı »

Qərbi AzərbaycanƏli Nəbiyev

Əli Nəbiyev - Xızı rayonu Sosial təminat şöbəsinin rəisi (1991-1998)

Həyatı[redaktə]
Nəbiyev Əli Allahverdi oğlu 21 fevral 1932-ci il tarixində hazırkı Ermənistan Respublikası Hamamlı (Spitak) rayonunun Saral kəndində anadan olmuşdur. Bakıda fərqlənmə ilə ali təhsil aldıqdan sonra uzun müddət Qərbi Azərbaycanda azərbaycanlıların kompakt yaşadığı inzibati ərazilərdə, o cümlədən Zəngibasar (Masis) rayonunun Rəncbər və Sarvanlar kəndində, Qarakilsə (Kirovakan) rayonunun Arçut kəndində, Hamamlı (Spitak) rayonunun Saral və Qızılörən kəndlərində sovxoz və kolxoz direktoru vəzifəsində işləmişdir.

Dekabr ayının 7-si 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən sonra doğma yurd yuvasını itirən Əli Allahverdi oğlu Nəbiyev Azərbaycanın Göygöl (Xanlar) rayonuna köç edib məskunlaşmışdır. Burada Ağsu kəndi balıqçılıq sovxozunda direktor Ardı »

Qərbi AzərbaycanGöllü

Göllü - qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir.
Tarix[redaktə]
Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır.

Şəxsiyyətləri[redaktə]
Əli Ömərov (Əli Ömər oğlu Ömərov) — Azərbaycan Respublikasının Baş Prokuroru (1993-1994).
Kamran Musayev - ürək-damar cərrahı. Ardı »

Qərbi AzərbaycanElşad Nəsirov (müəllim) - Kitabları

Kitabları[redaktə]
Bələdiyyə hüququ (sxemlərdə), dərs vəsaiti, Bakı, 2008,
Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları (dərslik), (birgə müəllifliklə), Bakı, 2005,
Azərbaycanin dövlət və hüququnun əsasları (dərs vəsaiti), (birgə müəllifliklə), Bakı, 2003,
Seçilmiş əsərləri[redaktə]
Azərbaycan Respublikası seçki qanunvericiliyinin təkmilləşdirilməsinin nəzəri və praktiki problemləri, Bakı, 2008,
Bələdiyyə hüququ (sxemlərdə), dərs vəsaiti, Bakı, 2008,
Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin kütləvi informasiya vasitələri ilə əlaqəsinin əsas istiqamətləri, Bakı, 2007,
Konstitusiya hüququ (tədris proqramı), (birgə müəllifliklə), Bakı, 2006,
Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları (dərslik), (birgə müəllifliklə), Bakı, 2005,
Azərbaycanin dövlət və hüququnun əsasları (dərs vəsaiti), (birgə müəllifliklə), Bakı, 2003,
Bələdiyyə hüququ (metodik göstərişlər), Bakı, 2003, Ardı »

Qərbi AzərbaycanAbuzər Xələfov - Mükafatlar

1946, "Böyük Vətən mühаribəsində rəşаdətli əməyə görə" mеdаlı;
1969, "Аzərbаycаn SSR əməkdаr mədəniyyət işçisi" fəхri аdı;
1970, "Şərəfli əməyə görə" mеdаlı;
1971, Ümumittifаq "Bilik" Cəmiyyətinin fəхri fərmаnı;
1974, "1973-cü il sоsiаlizm yаrışının qаlibi nişаnı";
1976, "Böyük Vətən mühаribəsində qələbənin 30 illiyi" yubilеy mеdаlı;
1977, "1976-cı il sоsiаlizm yаrışının qаlibi nişаnı";
1979, "İşdə əlа müvəffəqiyyətlərinə görə" döş nişаnı;
1981, Аzəbаycаn Аli və Оrtа Iхtisаs Təhsil Nаzirliyinin fəхri fərmаnı;
1984, "N.K.Krupskаyа" mеdаlı;
1984, "1983-cü il sоsiаlizm yаrışının qаlibi nişаnı";
1985, "Böyük Vətən mühаribəsində qələbənin 40 illiyi" yubilеy mеdаlı;
1987, "Fəаl işinə görə" nişаnı;
1989, "Əmək vеtеrаnı" mеdаlı;
1995, "Böyük Vətən mühаribəsində qələbənin 50 illiyi" yubilеy mеdаlı;
2000, "Şöhrət" оrdеni;
2000, "1941-1945-ci illər mühаribəsi vеtеrаnı" nişаnı;
2001, "Əməkdаr еlm хаdimi" fəхri Ardı »

Qərbi AzərbaycanÇiriş (Qafan)

Çiriş — Ermənistan Respublikasının cənubunda Sünik mərzində keçmiş Qafan rayonu ərazisində mövcud olmuş azərbaycanlılar yaşamış kənd.


Kənd Qafan şəhərindən 32 km şimal-qərbdə, Kurud kəndindən isə 2 km cənub-şərqdə, dağ ətəyində yerləşir.
Ümumi məlumat[redaktə]
Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır.

1918-ci il qaçqınlığından sonra əhalisinin bir hissəsi geri qayıdan Çiriş kəndi 1939-cu ildə qonşu Kurud kəndi ilə birgə təşkil edilən kolxozda birləşdi. 1965-ci ildə Çirişin də daxil olduğu Kurud kolxozu Gığı heyvandarlıq sovxozuna birləşdirildi.

50-ci illərdə Kurud və Kirs kəndlərinə köçən Çiriş əhalisi 1988-ci ildə Ermənistandan digər azərbaycanlılar kimi deportasiya olundular. Çirişlilər hal-hazırda əsasən Ardı »