Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanBudaq Budaqov - Təltif və mükafatları

SSRİ Coğrafiya Cəmiyyətinin V.A.Preyevalski adına "Qızıl" medalı – 1978;
SSRİ XTNS-in Bürünc medalı – 1982;
Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin "Xatirə" medalı – 1985;
Azərbaycan SSR Ali Soveti RH-ın 4 dəfə Fəxri Fərmanı;
"Məmməd Araz" Mükafatı – 1993;
Akad. Y.Məmmədəliyev adına medal və mükafat – 1995;
"Vətən" Fəxri Fərmanı;
Azərbaycan Jurnalistlər Birliyinin Həmkarlar İttifaqı tərəfindən "Azərbaycan bayrağı" laureatı diplomu – 1998;
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası tərəfindən verilmiş Fəxri Fərman – 1998;
İslam xeyriyyəçiliyinə görə H.Z.Tağıyev Mükafatı – 2000;
"Şöhrət" ordeni – 2000. Ardı »

Qərbi AzərbaycanArdanış - Bitki örtüyü

Mədəni bitkilərdən arpa, buğda, çovdar, vələmir, yonca, qorunca, kartof, tütün, çuğundur, qarğıdalı və s. becərilirdi. Meyvə ağaclarından alma, armud, gilas, qoz, gavalı, alça, ərik, giləmeyvələrdən isə qarağat geniş yayılmışdı. Meşəliklərin təsərrüfat baxımından böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, Ardanış ərazisində əsasən kolluqlar, eləcə də Adatəpədə seyrək ardıc meşələri və Göyçə gölünün sahili boyunca sonradan salınmış meşə zolaqları mövcuddur. Yaşlı nəslin söylədiklərinə əsasən, XIX əsrin ikinci yarısına qədər Ardanışın şərq və cənub tərəflərində sıx meşəliklər mövcud olub. Lakin insanların təsərrüfat fəaliyyətinin nəticəsində həmin meşəliklər məhv edilib. Təbii ki, meşə altında olan torpaqların tərkibi meşələrin qırılmasından sonra tədricən dəyişib, bu isə öz Ardı »

Qərbi AzərbaycanYuxarı Şorca

Tarixi[redaktə]
Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur (415, s.26). İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir (386, s.599). Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır.

Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.297) qeyd edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında Ardı »

Qərbi AzərbaycanBaşkənd (Şörəyel)

Başköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.

Tarixi[redaktə]
Rayon mərkəzindən 7 km məsafədə yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə Başkənd kimi, Qafqazın 5 verstlik xəritəsində Baş kyoq formasında qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «əsas, böyük, dağın zirvəsi» mənalarında işlənən baş sözü ilə müasir türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir.

Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Saralanc qoyulmuşdur. Ardı »

Qərbi AzərbaycanYusif Qazıyev

Həyatı[redaktə]
Yusif Xıdır oğlu Qazıyev 02 fevral 1934-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kədində dünyaya gəlib. O, 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin (Gürcüstan Respublikası) Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirmiş, 1971-1975 ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun (Azərbaycan Təhsil Problemləri İnstitutu) dissertantı olmuşdur.Pedaqogika üzrə fəlsəfə doktorudur


Y.Qazıyevə “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” fəxri adı verilmişdir.

Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir.

Ailəlidir 2 oğlu, 5 nəvəsi var. Ardı »

Qərbi AzərbaycanKarlen Xudaverdiyev

Həyatı[redaktə]
Karlen İsgəndər oğlu Xudaverdiyev 1935-ci il mayın 27-də Qərbi Azərbaycanın Vedinin Böyük Vedi kəndində ziyalı ailəsində anadan olub.

1943-1951-ci illərdə Vedi rayonunun Böyük Vedi kənd orta məktəbində oxuyub.

1951-1953-cü illərdə Ucar şəhər orta məktəbində oxuyub və oranı qızıl medalla bitirmişdir.

1953-1958-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1958-1961-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində aspiranturada oxuyub.

1962-ci ildə «İkinci tərtib qeyri-xətti hiperbolik tənliklər üçün qarışıq məsələnin Furye metodu ilə həlli» mövzusunda namizədlik disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı alıb.

1973-ci ildə «Qeyri-xətti hiperbolik tənliklər üçün çoxölçülü qarışıq məsələlər nəzəriyyəsinə dair» mövzusunda doktorluq disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adı alıb.

Azərbaycanda Ardı »

Qərbi AzərbaycanGümrü

Tarixi[redaktə]
Rus işğalından sonra 1837-1924-cü illərdə Aleksandropol, 1924-1990-cı illərdə Leninakan, 1990-cı ildən isə Kumayri adlandırılır. Qərbi Azərbaycanda İrəvandan sonra ikinci böyük şəhərdir.

11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsi daşnak terrorçuları tərəfindən qəzaya uğradılır. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilir. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınır. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, «ermənilər arasında yaralı türkə yer yoxdu» deyən daşnak xislətli erməni Ardı »

Qərbi AzərbaycanSərdar sarayı

Sərdar sarayı — İrəvan qalasında xan sarayıdır. İrəvan qalası tikilən vaxtdan (1510-cu il) mövcud olan saray İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdir. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdir.

Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797-1834), Abbas Mirzənin (1784-1833) Rüstəm və Söhrabın portretləri vardı. Saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalmış, dağıdılmış, portretlər isə çıxarılaraq Tiflisə aparılmışdır və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1918-ci ildə Ardı »