beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan paytaxtlarıGəncə ümumi

Gəncə (tələffüzü (info)) şəhəri — Azərbaycanın, Bakı və Sumqayıt şəhərindən sonra üçüncü böyük şəhəridir. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.

Ərazisi 110 km², əhalisinin sayı 324 min 709 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir.

Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.

Gəncə Dövlət Unversiteti , Azərbaycan Dövlət Aqrar Unversiteti (ADAU), Azərbaycan Texnologiya Unversiteti (ATU) kimi unversitetlər, Ardı »

Azərbaycan paytaxtlarıGəncə Etimologiyası

Gəncə adının, toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Toponim ("Chanza" - ərəb dilində "Ganca" – gürcü dilində) Pəhləvi sözü kimi qəbul edilir və xəzinə, bar-məhsul anbarı mənasına gəlir. Bütün bu nəticələr elmi cəhətdən əsassızdır. Şərhçinin sözlərinə əsaslansaq bu sözün Azərbaycan dilinə uyğun olduğunu qeyd edə bilərik. Digər mənbəyə əsaslanaraq o, bu adın Gancak tayfalarının adıyla bağlı olduğunu iddia edir. Orta Asiya tarixçiləri yoxlamış və təsdiq etmişlər ki, həqiqətən də Gəncə adını tayfanın adından götürmüşdür. Ardı »

Azərbaycan paytaxtlarıGəncə Tarixi

Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir. Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Hətta 1940-cı illərdə aparılan arxeoloji qazıntılar da bu nəticəyə gəlmiş və burada eramızdan əvvələ aid yaşayış məskənləri aşkar etmişlər. Şəhərin tarixi haqqında danışarkən bu Ardı »

Azərbaycan paytaxtlarıGəncə Rusiya işğalı

Bu dövrlərdə Rusiya İmperiyası aristokratiya, zadəgan, mülkədar və tüccarların maraqlarını dəstəkləyən və ticari əlaqələrini artırmaq üçün yeni ölkə və dövlətləri tutmağı məqsədləşdirən bir siyasəti izləyirdi. Buna görə də Rusiya imperiyası strateji və iqtisadi cəhətdən əlverişli vəziyyətdə yerləşən Azərbaycana xüsusi bir maraq göstərirdi. Gəncə xanlığının yerləşdiyi yerin əlverişli mövqeyini nəzərə alarsaq, Rusiya ilk olaraq buranı zəbt etmək, daha sonra isə buranı hərbi baza kimi istifadə edərək burdan digər xanlıqlara hücum edə biləcəkdi. Rusiya ordusu komandanı Gəncəni İranın şimal əyalətlərinə aparan yolun açarı hesab edirdilər. Generalın yazdıqlarına görə Gəncə qalası Azərbaycanın strateji cəhətdən çox əlverişli bir mövqedə yerləşmişdir. Bu səbəblə Rusiya ilk növbədə Ardı »

Azərbaycan paytaxtlarıGəncə Müstəqillik dönəmi

Daha sonra 1989-cu ildə şəhərin Gəncə adı yenidən qaytarılmış və indiyədək də şəhər bu adı daşıyır. 1993-cü ilin iyun ayında baş verən hərbi çevrilişin cərəyan etdiyi və Prezident Əbülfəz Elçibəy hökumətinin devrilməsiylə nəticələnən bir səhnəyə çevrilmişdi. Hal hazırda Gəncənin ərazisi 100 km²-dən artıq olub, əhalisinin sayı isə 350 min nəfərdən ibarətdir. Quru Qobu ərazisində "Gülüstan" mikrorayonu və "Yeni Gəncə" rayonun qurulması Gəncənin tutduğu ərazinin genişlənməsi şəhərin gələcək inkişafı üçün bir əlverişli şərait yaratdı. 2006-cı ildə Gəncədə Azərbaycanda ikinci beynəlxalq hava limanı açıldı. Şəhərin ərazisi 110 kv. km, əhalisinin sayı 1 sentyabr 2012-ci il tarixə 321.7 min nəfərdir. Gəncə Şəhəri 2 rayon Ardı »

Azərbaycan paytaxtlarıGəncə arxitekturası

Bakıdan Gəncəyə aparan yol Azərbaycanın ən gözəl mənzərəli yollarından biridir. Bu ərazi Kəpəz dağı və onun ətrafındakı yeddi göl, xüsusiylə də Göy-gölün orda mövcudluğuna görə məşhurdur. Bu ərazi kanoya , üzgüçülük, gəzinti , səyahətlər, ailə pikniklərinin keçirilməsi üçün ideal bir yerdir.

Bu şəhər Əblülla Gəncəvi, Məhsəti xanım Gəncəvi və Nizami kimi böyük şairlərin vətənidir – bir sözlə ölkənin ədəbiyyat mərkəzidir. Bu gün burda yerləşən Həsən Əliyev adına Universitet, Elmlər Akademiyası, Tibbi Məktəb və Gəncə Dövlət Universiteti (keçmiş Pedaqoji İnstitut) mövcudluğu sxolostik ən ənənin hələ də davam etdiyinin bariz nümunəsidir. Dörd dövlət və iki özəl ali təhsil müəssisəsi tərkibində 24,000 tələbə ilə şəhərdə Ardı »

Azərbaycan paytaxtlarıGəncə İqtisadiyyatı

Kapitalizm boyunca geniş inkişafa nail olunmuş, ustaların sifarişiylə deyil, birbaşa bazar üçün hazırlaya bildikləri sənət şöbələri fəaliyyət göstərirdi. Bu dövrlərdə ən çox qabaqcıl sənət sahələrindən dəri məmulatlarının hazırlanması, toxuculuq, xalçaçılıq və digərlərini misal göstərmək olar. Sənət öz əvvəlki əhəmiyyətini qoruyaraq Gəncə əhalisinin əsas məşğuliyyətlərindən biri olaraq qalırdı. Gəncə zadəganları istehsal sahələrinə və açılan yeni müəssisələrə pul qoymağa başlamışdı. Xüsusilə şərab hazırlama, konyak istehsalı, səməni şəkəri sahələri intensiv inkişaf edirdi. Gəncədəki ticari müəssisələr tədricən "Forer Qardaşları", "Qomel Qardaşları", "Yelizavetpol", "Konkordia", "Pobeda", "P. və E. Əmirxanov Qardaşları", "E.Franke və İ.Polonski", "Aşxatank" və birləşmiş səhmdar şirkət olan "Cənub toxucuları" kimi ticarət cəmiyyətləri tərəfindən özəlləşdirilməyə Ardı »

Azərbaycan paytaxtlarıGəncə Turizmi

Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz hissəsi olan Gəncə şəhərinin tarixi ərazisi olmuşdur. Elmi və arxeoloji tədqiqatlar sübut etmişdir ki, Gəncə təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən biiridir .Gəncənin yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, zəngin filiz yatağı, yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialı, rəng almaq üçün boyaq bitkiləri və təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir.

Gəncənin də daxil olduğu Albaniya ərazisinin münbitliyi haqqında eramızın I əsrində yaşamış görkəmli coğrafiyaşünas Strabon yazırdı:

«Bir dəfə əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, Ardı »

Azərbaycan paytaxtlarıGəncə Əhalisi

1835-c ilə olan məlumata əsasən Gəncə şəhərində 2.515 evdə hər iki cinsdən toplam 16.200 nəfər əhali yaşayırdı ki, onlardan da 11.100 nəfərini Azərbaycanlılar(azərbaycanlılar), 5.100 nəfərini isə ermənilər təşkil edirdi.
Gəncə əhalisinin sayı 336 min 100 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir. Ardı »

Azərbaycan paytaxtlarıGəncə İdman

1 N-li Uşaq Gənclər idman Məktəbi
Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsi nəzdində Uşaq Gənclər İdman məktəbi
Gəncə şəhər Təhsil idarəsinin nəznində Uşaq Gənclər Fiziki Hazırlıq Klubu
Gəncə şəhər İxtisaslaşdırılmış Şahmat-Dama Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi Ardı »

Azərbaycan paytaxtlarıGəncədə Tibb

Şəhərin ən böyük xəstəxanası 475 nəfərlik akademik Zülfüqar Məmmədov adına təcili yardım xəstəxanası olub, ən böyük poliklinikası isə 51,000 dən çox insana yəni təxminən şəhər əhalisinin gənc nəslinin 1/5-nə xidmət göstərən 12 N-li poliklinikadır. Hal hazırda 1040 həkim (onlardan 26-sı namizəd, iki elmlər doktoru, 86 yüksək səviyyəli həkimlər Gəncənin səhiyyə sisteminə cəlb edilib və burda fəaliyyət göstərir. Yerdə qalan 5000 səhiyyə işçisi isə ikinci dərəcəli tibbi personaldan (2360 nəfər) və texniki personaldan ( sürücü, mühafizə, təmizləyici və digərləri) ibarətdir. Ardı »

Azərbaycan paytaxtlarıGəncədə Yeni Layihələr

Heydər Əliyev Mərkəzində tikinti işləri

Heydər Əliyevin adını daşıyan parkda da əsaslı tikinti-bərpa işləri aparılır. Ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsi və siyasi kursunun öyrənilməsi məqsədilə Heydər Əliyev parkında Heydər Əliyev Mərkəzinin inşasına başlanılmışdır. Mərkəz üçmərtəbəli, ümumi sahəsi 7500 kvadratmetrdən ibarət olacaqdır. Burada eni 20, uzunluğu 50 metr, girişdə hündürlüyü 43 metr olan «Zəfər tağı» da inşa ediləcəkdir. Mərkəzin birinci mərtəbəsində sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın inkişaf tarixini əks etdirən ekskursiya zalı, elektron və kütləvi kitabxana, üçüncü mərtəbədə isə konfrans zalı, müşavirə otağı, həmçinin 400 yerlik iclas zalı da nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, Mərkəzdə müxtəlif dekorativ və sosial tikililər inşa ediləcək. Parkın Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Adının etimologiyası

Ən qədim yer adlarından olan “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə. 1539 – cu ildə salındığını göstərmişlər.Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir.

Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.

Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim də erməni dilinə Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Orta əsrlər

Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632 – 651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir.

VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana fəaliyyət göstərməyə başlamışdır. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri hesab edilir. Tarixçi – numizmat prof. Y. A. Poxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş “naxç” işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur. 625 – ci ildə Bizans imperatoru İraklinin (619 – 641) yürüşü nəticəsində dağıdılan Atropatena – Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.

654 – cü ildə isə Naxçıvan xəlifə Osman ibn Affanın (644-656) hökmranlığı zamanında ərəblər tərəfindən tutulmuşdur. Ərəb əmiri Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Müasir dövr

1918–ci il 26 – 28 may tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak höküməti Naxçıvanı özünə ilhaq etmə siyasəti yeritməyə başladı. Yalnız türk əsgərlərinin bölgəyə göndərilməsi və yerli əhalinin fəal müqaviməti Naxçıvanın ermənilərin hakimiyyəti altına düşməsinin qarşısını aldı. Mudros barışığına (1918) əsasən, Türkiyə öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu.

1918 – ci ilin noyabrında bölgədə Araz-Türk Cümhuriyyəti yaradıldı. Lakin 1919 – cu ilin əvvəlində Naxçıvanı tutan ingilislər gənc respublikanı tanımadılar, xalqın rəyini soruşmadan Naxçıvan və Şərur bölgəsinin Ermənistan ərazisi olduğunu elan etdilər. Araz-Türk Respublikası süquta uğradı. 1919 – cu ilin iyulunda daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutdular. Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Mədəniyyəti Memarlıq

Naxçıvan şəhəri antik və orta əsrlərdə istehkamlı müdafiə sisteminə və qiymətli memarlıq abidələrinə malik şəhər olmuşdur. Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olduqdan sonra Naxçıvan Azərbaycanın siyasi, iqtisadi, mədəni və sənətkarlq mərkəzinə çevirildi, möhtəşəm memarlıq abidələri və əzəmətli ansambllarla zənginləşən şəhərin ərazisi Araz çayına kimi genişləndi.

Araz üzərindən salınmış körpü Naxçıvanın beynəlxalq ticarət yolları – Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək yolu ilə bağlayırdı. Memar Əcəmi Naxçıvaninin başçılığı ilə Mömünə Xatun türbəsinin yerləşdiyi ərazidə Atabəylər Memarlıq Kompleksi yaradılmışdı. Kompleksə Atabəylər sarayı, Cümə məscidi, mədrəsə, dövlətxana, Mömünə Xatun türbəsi, qoşa minarəli baştağ və sair abidələr daxil idi.

Şəhərdə 3 – 4 mərtəbəli Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Muzey və Qalereyalar

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda həm də mədəni mərkəzidir. Ümumilikdə şəhərdə 21 muzey və muzeytipli müəssisə, 1 muzey filialı fəaliyyət göstərir. [56]

Şəhərdə yerləşən C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Hüseyin Cavidin ev muzeyi, C. Məmmədquluzadənin ev muzeyi, C. Naxçıvanskinin ev muzeyi, Bəhruz Kəngərlinin ev muzeyi, H. Əliyevin ev muzeyi və son dövrlərdə yaradılmış Açıq Səma Altında Muzey maraqlı eksponatları ilə diqqət mərkəzindədir.

Naxçıvan şəhərində yerləşən üç tarixi memarlıq abidəsi də muzey kimi fəaliyyət göstərməkdədir. Bunlardan biri, XII əsrdə Əcəmi Naxçıvaninin inşa etdiyi Mömünə Xatun türbəsidir. Türbə Azərbaycan Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Mətbəxi

Naxçıvan mətbəxi, bir çox özünəməxsus xüsusiyyətlərə malikdir. Naxçıvan mətbəxində parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan İqlimi

Köppen iqlim klassifikasiyasına görə, Naxçıvan şəhəri kontinental, yarımsəhra iqliminə malikdir. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir. Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Nəqliyyatı

Şəhərdə 2004-cü ildən Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Hava limanından Azərbaycanın Gəncə və Bakı şəhərlərinə, Türkiyənin İstanbul şəhərinə və eləcə də əksinə marşrutlar vardır. Həmçinin Avqust 2012-ci ildən etibarən Naxçıvan- Zaqatala marşrutu üzrə yeni reys həyata keçirilir.

Muxtar respublikada dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Araz çayı boyunca Bakı-İrəvan dəmir yolu xəttinin 190 kilometrə qədəri muxtar respublika ərazisindən keçir. Bu dəmir yolu xəttinin Culfadan keçən hissəsindən Təbriz şəhəri istiqamətində qol ayrılır. Hal-hazırda, Naxçıvan-Ordubad və Naxçıvan-Şərur istiqamətində daxili sərnişin daşıma xidməti göstərilir. Bundan başqa Naxçıvan-Təbriz və əks istiqamətdə sərnişin və yük qatarlarlarının hərəkəti üçün İran İslam Respublikası ilə müqavilə bağlanmışdır. Ardı »