Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan paytaxtlarıTəbriz Məhəllələri

Məhəllələri

Axuni
Əmirəqiz məhəlləsi
Əngəc
Əmi zinəddin
Bağmeşə
Barınc
Bağşimal
Bilanki
Sırxab
Sıncıran
Yanıq
Qaraməlik
Qaraağac məhəlləsi
Qonqabaşi
Küçəbağ
Hökmavar
Kücüvar
Nobar
Rastaküçə
Çaharmənar
Şam Qazan
Dəvəçi məhəlləsi
Maralan
Vərci
Şişgilan
Xəlattuşən
Xiyavan
Çustduzan
Çərəndab Ardı »

Azərbaycan paytaxtlarıBakı Dövlət Bayrağı Meydanı

Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir.

Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı.

20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən Ardı »

Azərbaycan paytaxtlarıQəbələ ümumi

Qəbələ — Azərbaycanda şəhər, Qəbələ rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 225 km, əhalisi 86300 nəfərdir.

Rayonun inzibati mərkəzi – Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi – Bazardüzü dağını görmək olar. Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Muzey və Qalereyalar

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda həm də mədəni mərkəzidir. Ümumilikdə şəhərdə 21 muzey və muzeytipli müəssisə, 1 muzey filialı fəaliyyət göstərir. [56]

Şəhərdə yerləşən C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Hüseyin Cavidin ev muzeyi, C. Məmmədquluzadənin ev muzeyi, C. Naxçıvanskinin ev muzeyi, Bəhruz Kəngərlinin ev muzeyi, H. Əliyevin ev muzeyi və son dövrlərdə yaradılmış Açıq Səma Altında Muzey maraqlı eksponatları ilə diqqət mərkəzindədir.

Naxçıvan şəhərində yerləşən üç tarixi memarlıq abidəsi də muzey kimi fəaliyyət göstərməkdədir. Bunlardan biri, XII əsrdə Əcəmi Naxçıvaninin inşa etdiyi Mömünə Xatun türbəsidir. Türbə Azərbaycan Ardı »

Azərbaycan paytaxtlarıQazaka Təxti Süleyman

Qədim Qazaka şəhərinin yerləşdiyi ərazi müxtəlif dövrlərdə, müxtəlif arxeoloqlar tərəfindən tədqiq edilmiş və aşkara çıxarılmış bütün abidələr Təxti Süleyman abidələri adlandırılmışdır. 2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən “Böyük Alov” və ya “Hökmdar alovu”nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda “ādur Wishnāsp” adlandırılmış və döyüşçü təbəqəsinə məxsus hesab edilmişdir. [15]

Əfsanəyə görə, Kral Süleymanın Ardı »

Azərbaycan paytaxtlarıŞamaxı İtkin düşmüş şəhidləri

1.Abdullayev Nadir Məsim oğlu - Məlikçobanı kəndi
2.Balayev Çingiz Azad oğlu - Dəmirçi kəndi
3.Zərbəliyev Səbuhi Mirzalı oğlu - Muğanlı kəndi
4.İsmayılov Müqabil Canbala oğlu - Mirikənd kəndi
5.Məmmədov Ağa Cəlal oğlu - Muganlı kəndi
6.Mənsimov Mayıl Əhməd oğlu Qəleybuğurd kəndi
7.Səfərov Sərdar Ələddin oğlu - Göylər kəndi
8.Siracov Mahir Güloğlan oğlu - Şamaxı şəhəri
9.Xanquliyev Ədalət Vəfadar oğlu - Astarxanovka kəndi
10.Həbibov Elnur Paşa oğlu - Şamaxı şəhəri Ardı »

Azərbaycan paytaxtlarıGəncə Mədəniyyəti

Fiziki mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı (Azərbaycanın tanınmış dramaturqu) adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, "Zarrabi"poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyimiz dövlət tərəfindən maliyyələşdirilən məktəb və mərkəzlərdən başqa burda həmçinin orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, "Gülşən" rəqs ansamblı və "Ulu Gəncə" ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Təhsil sahəsində 1300 Ardı »