Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Azərbaycan paytaxtlarıNaxçıvan Yeni dövr

Naxçıvan XVII əsrin əvvəllərində Nadir şah Əfşarın qoşunları tərəfindən fəth edilmiş və Əfşarların hakimiyyəti altına keçmişdir. Nadir şah öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Nadir şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi və Naxçıvan xanlığının əsasını qoydu. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu.

1828 – ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Çar Rusiyasının tərkibinə qatılmışdı. Naxçıvan Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra çar höküməti İrandan və Şərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan xanlığı ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi.Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.

1841 – ci ildə Naxçıvan qəza mərkəzinə Ardı »

Azərbaycan paytaxtlarıƏrdəbil Tarixi

Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biridir. Bu şəhər dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Ərdəbil şəhərinin məhsuldar torpağa malik düzənlikdə yerləşməsinə baxmayaraq onu hündür dağlar əhatə etmişdir. Şəhər Qərbdən Savalan dağı, Şərqədən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur.

Ərdəbil əlverişli təbii-coğrafi şəraitə malikdir. Dəniz səviyyəsindən 4820 m hündürlüyə malik olan Savalan dağı keçmişdə vulkan olmuşdur.Hazırda bu vulkan sönmüşdür. Bu dağ Ərdəbil şəhərinin iqliminə yaxşı təsir edir. Həmin dağın ətəyində Ərdəbil şəhərindən az aralıda yerləşən Səreyin, Sarı dava və Qotur suyu adlı mineral sular da bu qədim şəhəri şöhrətləndirmişdir.

Şəhər tarixi yaxşı tədqiq edilməmiş, şəhər ərazisində və ətrafında arxeoloji qazıntı Ardı »

Azərbaycan paytaxtlarıGəncə Mədəniyyəti

Fiziki mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı (Azərbaycanın tanınmış dramaturqu) adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, "Zarrabi"poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyimiz dövlət tərəfindən maliyyələşdirilən məktəb və mərkəzlərdən başqa burda həmçinin orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, "Gülşən" rəqs ansamblı və "Ulu Gəncə" ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Təhsil sahəsində 1300 Ardı »

Azərbaycan paytaxtlarıBakı Dəmir yolu nəqliyyatı

Hazırda Bakı dəmir yolu vağzalından Moskvaya, Kiyevə, Tiflisə, Sankt-Peterburqa, Xarkova, Tümenə, Rostov-na-Donuya, Ağstafaya, Balakənə, Horadizə, Gəncəyə, Astaraya qatarlar gedir.[36]. Bakı-Tbilisi-Qars dəmiryolu xətti açıldıqdan sonra Qarsa və İstanbula marşrutların açılışı gözlənilir. Ardı »

Azərbaycan paytaxtlarıQəbələ Abidələri

Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır. Qəbələ şəhərinin şimalında, meşə zolağında "Ay işığı" istirahət zonası, Nohur gölünün sahilində "Sahil" istirahət zonası yerləşir. Bu istirahət zonalarının hər ikisi 2002-ci ildə tikilmişdir. Ardı »

Azərbaycan paytaxtlarıBakı Təhsil mərkəzləri

Bakı Azərbaycanın ən vacib təhsil mərkəzlərindən biridir. Burada çoxlu təhsil obyektləri yerləşib.

ADA Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Texniki Universiteti
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Tibb Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Dillər Universiteti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Teatr Universiteti
Azərbaycan Turizm İnstitutu
Bakı Musiqi Akademiyası
Bakı Dövlət Universiteti
Bakı Slavyan Universiteti
Bakı Asiya Universiteti
Bakı Avrasiya Universiteti
Bakı Biznes Universiteti
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
Bakı Qızlar Universiteti
Qərb Universiteti
Milli Aviasiya Akademiyası
Azərbaycan Universiteti
Odlar Yurdu Universiteti
Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti
Xəzər Universiteti
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası Ardı »