beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Axsitan - Sikkələri

Axsitanın sikkələrinin aşağıdakı dörd növü vardır.

Birinci növ sikkənin üz tərəfində xəlifə əl-Müstəncid billahın (h.555-566 (1160-1170)-cı illər) və İraq sultanı Arslan şahın (h.555-571 (1160- 1176)-cı illər) adları və həmişəki kimi dini rəmz, arxa tərəfındə "əl-məlik əl-müəzzəm Axsitan ibn Mənuçöhr" həkk olunmuşdur. Amerika Numizmatika Fondundakı zərbxananın adı və kəsilmə tarixi göstərilməyən mis sikkə də bu növə aiddir. Həmin sikkədə xəlifə Müstəncid (h.555-566 (1160-1170)-cı illər) və səlcuq sultanı Arslan şahın (h.555-571 (1160-1176)-ci illər) adları vardır. Üz tərəfində "əl-məlik əl-müezzəm Axsitan ibn (Mənuçöhr) beş və əlli (xəms və xəmsin)", arxa tərəfində isə "əl-Müstəncid) billah əl- sultan Aslan şah" (sic) yazılmışdır.

İkinci növ sikkənin üz tərəfındə xəlifə əl-Müstədi (h.566-575 (1170-1180)-ci illər) və sultan III Toğrul (ibn Arslan şahın) (h.571-590 (1176-1194)-cı illər) adlan durur. Əks tərəfində: "əl-məlik əl-müəzzəm Axsitan ibn Mənuçöhr".

Üçüncü növ sikkənin üz tərəfində din rəmzi, xəlifə ən Nasirlidin Allahın (h 575- 622 (1180-1225)-ci illər və sultan III Toğrulun (h.571-590 (1176- 1194)-cı illər)adı və "əl-müəzzəm Axsitan ibn Mənuçöhr" yazılmışdır.

Dördüncü növ sikkənin üz tərəfində din rəmzi, xəlifə ən-Nasirlidin Allahın (h.575-622 (1180- 1225)-ci illər) yerləşdirilmişdir. Sultanın adı yoxdur. Əks tərəfdə din rəmzi və "əl-məlik müəzzəm Axsitan ibn Mənuçöhr Şirvanşah". Bu gümüş sikkə sayıla bilən sonuncu Şirvanşah sikkələridir, belə ki, onların tərkibi azacıq gümüş qatılmış misdən ibarətdir. Həmin sikkələr Şirvanşahın İraq səlcuq sultanlarından asılı olduğunu göstərir. Lakin sonuncu növ sikkədə Axsitanın "məlik əl-müəzzəm" titulu ilə yanaşı ilk dəfə "Şirvanşah" sözünün əlavə edilməsi və sultanın adının olmaması Şirvanşahın müstəqilliyini və səlcuqilərin vassallığını qəbul etmədiyini göstərir ki, bu da Səlcuqilər dövlətinin tənəzzülə uğraması və Şirvanşahlar dövlətinin güclənməsi ilə bağlı idi.


Tarix: 11.02.2015 / 18:20 Müəllif: Feriska Baxılıb: 133 Bölmə: Şirvanşahlar dövləti