beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şokoladlı piroq...

Tərkibi:
250 qram su
130 ml bitki yağı
180 qram şəkər tozu
1 x.q. vanil
1 x.q. kakao
350-380 qram un
1,5 ç.q. qabartma tozu
100 qram kişmiş
100 qram qoz ləpəsi, fındıq

Hazırlanma qaydası:
Dərin boşqaba su töküb, üzərinə şəkər tozu və vanil əlavə edərək həll olunana qədər qarışdırın. Sonra üzərinə bitki yağı töküb, yenidən qarışdırın.
100 qram unu ələkdən keçirin, kakao və qabartma tozu ilə qarışdırın. Sonra unlu qarışığı boşqabdakı şəkərlə qarışdırılmış suyun üzərinə tökün.
Daha sonra qalan unu ələkdən keçirib, hazırladığınız qarışığa əlavə edərək, xəmir yoğurun. Xəmir qatı xama kimi olmalıdır. Kişmişi yuyub qurulayın, 1 xörək qaşığı unla qarışdırın.
Fındıq və qoz ləpəsini xırdalayıb, xəmirə əlavə edin.
Xəmiri qarışdırıb, forma qabına tökün.
Piroqu 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə ərzində bişirin.
Nuş olsun!


Tarix: 27.11.2014 / 15:54 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Şirniyyatlar