beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəsmikli badam ləzzəti (Uşaqlar üçün)

Ərzaqlar:

700-800 q kəsmik
400 ml süd
3 yumurta
1 limon
100 q badam
100 q kişmiş
2/3 st. şəkər tozu
1 x.q nişasta
1/2 ç.q. duz
vanil
50 q kərə yağı

Hazırlanma qaydası:

Əvvəlcə qozu və limonun qabığını (sedra üçün) sürtgəcdən keçirin. Südü, kəsmiyi, yumurtaların sarısını, şəkər, limon qabığı, badam, vanil, nişasta, kişmişi qarışdırın. Yumurtaların ağını ayrıca, duzla çalın. Sonra o biri qarışığa əlavə edin. Dərin sinini yağlayıb qarışığı içinə tökün, sonra üzərinə kərə yağından dilimlər kəsib qoyun. 170 dərəcədə 40-50 dəqiqə, üstü azca qızarana qədər sobada bişirin. Soyuduqdan sonra doğrayın. Südlə, çay və ya qəhvə ilə masaya verə bilərsiniz.

Nuş olsun!


Tarix: 08.12.2012 / 15:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Şirniyyatlar