Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PPŞ-41

PPŞ-41 — Sovet Ordusunun İkinci Dünya Müharibəsi dövründə yaratdığı və geniş istifadə olunmuş tapança-pulemyotu. İstehsalı son dərəcə asan olan bu avtomatdan gündə 3 min ədəd istehsal edilib. PPŞ-41-in istehsalı eyni zamanda Bakı da daxil olmaqla bir sıra sovet şəhərlərində həyata keçirilib.

Tarix

1941-ci ildə istehsal xərcləri daha yüksək olan PPD-40-ın əvəzinə istehsal edilməyə başlanmışdır. PPŞ-41 İkinci Dünya müharibəsinin ən məşhur silahı idi. Müharibə illəri ərzində bu silahdan 5-6 milyon ədəd buraxıldığı zənn edilir. Müharibədən sonrakı illərdə, silah Çində kopyalanmış və Koreya yarımadasındakı müharibə zamanı Çin quru qoşunlarının əsas döyüş silahı olmuşdur. 1980-ci illərdə isə silahdan Livan və Afrikada geniş istifadə edilmişdir. Zəif qaytarma gücünə və 150 metrə qədər dəqiq nişangah məsafəsinə malik olan PPŞ-41, istismar zamanı yüksək etibarlılığı ilə fərqlənir. Silahın lüləsini korroziyadan qorumaq üçün xüsusi xrom örtüyündən istifadə edilmişdir. PPŞ-41 silahı iki tipdə: standart 35 gülləli daraq və 71 gülləli xəzinə ilə buraxılırdı.

Xarakteristikası

Ad: PPŞ-41 (Пистолет-Пулемет конструкции Шпагина)
Tip: Avtomat
Patron, mm: 7.62x25
Patronlarsız çəkisi, kq: 3.64
Ölçülər, mm: uzunluq - 838, lülənin uzunluğu - 266
Güllənin başlanğıc sürəti, m/san: 488
Nişangah məsafəsi, m: 150
Atəş tezliyi, atəş/dəq: 900
Xəzinə tutumu, patron: 35 və ya 71
İstifadə: Anqola, Efiopiya, Livan, Somali partizan qruplaşmaları
İstehsalçı ölkə: SSRİ


Tarix: 20.03.2013 / 16:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...