beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Wal mart

Wal-Mart — şirkət.Mündəricat
1 Tarixi
2 Çinlə ticarəti istiqamətləndirir
3 Wal-Mart
4 Wal-Mart şirkətinin möhtəşəm uğur sirrləri nələrə bağlıdır?
5 Xarici keçidlər


Tarixi

Wal Mart, adını qurucusu olan Sam Waltonun qısaltmasından götürür.1950-ci ildə Arkansasa bağlı kiçik bir qəsəbə olan Bentonvilledə Dime & Nickle Store adlı kiçik bir dükan sahibi olan Sam Walton, ilk böyük mağazası olan Wal Martı 1962-ci ildə Arxansasan şəhər mərkəzində açdı. (Bu gün bu mağaza, firmanın yeni yerinin yanında, muzey olaraq qalmışdır.) 10 il sonra 1972-ci ildə Wal Mart, özünə böyüyə bilməsi üçün daha böyük pullar qazandıracaq olan birjaya girdi. Əsl böyümə 1987-ci ildə Hypermarket adını verdiyi, ilkindən 10 dəfə daha böyük olan nəhəng süpermarketə daşınmasıyla başladı.1991-ci ildə Meksikanın Polanco şəhərində ilk şöbəsini açdı. Rəqibi olan Tesco İngiltərədə bazarı ələ keçirərkən, Wal Mart da Meksikada pərakəndə satan mağazalar mövzusunda iqtisadiyyata hakim oldu. Wal Martın 2006-cı ildə Almaniyaya yayılma səyləri nəticə vermədi və şirkətin binaları Metro Groupa satıldı.

Wal-Mart dünya tarixinin gəlmiş keçmiş ən böyük və ən güclü şirkəti olmasına baxmayaraq ölkəmizdə çox az tanınır. Ya insanlar bu nəhəngin adını heç eşitməmiş olurlar, ya da, Wal-Martı sadəcə bir pərakəndə zənciri zənn edirlər.Wal-Mart haqqında ölkəmizdə çox az məlumat olmasının səbəblərindən bir dənəsi də bu "sirr saxlama" məqsədli şirkət siyasəti ola bilər.

Wal-Mart şirkətinin gücü vəgəliri. Wal-Martın 2005-ci ildəki gəliri 316 milyard ABŞ dolları olmuşdur. Wal-Martın 2004-cü və 2005-ci illər arasında əldə etmiş olduğu iki illik böyümə gəliri, Targetin cəmi gəlirinə bərabərdir. Yəni Wal-Martın, 2004 elə 2005 illəri içində mövcud olan gəlirinin üzərinə əlavə etmiş olduğu "yeni" əlavə gəlir, Targetin cəmi gəliri qədərdir. İki milyon çalışanıyla tarixin ən böyük şirkəti olan Wal-Martın 2010-cu il gəlir hədəfi yarım trilyon dollar.



Çinlə ticarəti istiqamətləndirir

Bu gün üçün dünyada ən çox danışılan mövzu olan, istehsalın və satın almanın Çin Xalq Respublikasına "outsource" edilməsi fəaliyyətini gerçək mənada başlatmış olan şirkət Wal-Mart. Bir başqa deyişlə, Wal-Martın nəhəng ölçülərdəki Çin satın almaları, həm Çinli təşəbbüskarların iştahını qabardan ən əhəmiyyətli ünsür olur, həm də dünyadakı digər bütün firmaların bu ölkədən tədarük yolunu seçmələrinə nümunə təşkil edir. Və nəticədə Çin iqtisadiyyatı, dünyanın (və bizim) başımıza ən böyük çətinliklərdən biri olaraq çıxır. Wal-Mart şirkətinin Çindən etmiş olduğu idxalat rəqəmlərinə bir baxın. Şirkət, 1999-cu ildə Çindən ABŞa 3 milyard dollar dəyərində mal idxal edir. Bu rəqəm bir il sonra, yəni 2000-ci ildə 3,7 milyard dollara yüksəlir. 2001-ci il idxalat rəqəmi 10 milyard dollar. 2003-cü ildə Wal-Martın Çindən ABŞ-ya etmiş olduğu idxalat inanılmaz dərəcədə artıb 15 milyard dollara yüksəlir. 2004-cü ildə isə tam 18 milyard dollarlıq idxalat edir. Üstəlik bu rəqəmlər şirkətin yalnız ABŞ-ya etmiş olduğu idxalat rəqəmləri. İngiltərə, Almaniya, Meksika və Yaponiyada da fəaliyyətləri olduğunu düşünsəniz, Wal-Martın Çindən etmiş olduğu idxalatın ölçülərinin çox daha yüksək olacağını təxmində çətinlik çəkmərsiniz. Şirkətin 2004-cü ildə Çindən ABŞ-ya etmiş olduğu idxalat, ABŞ ölkəsinin Çindən eyni il etmiş olduğu cəmi idxalatın yüzdə 10-undan daha çox. Yəni Wal-Mart, ABŞ-ın xarici ticarət tarazlığında idxalatın tək başına yüzdə 10-luq payını meydana gətirəcək qədər güclü. Yenə eyni rəqəmlərə söykənərək, şirkətin müqayisəli gücünü göstərməyə davam edək. Avropanın nəhəng market zəncirləriylə müqayisə edildiyində, Carrefourun 2003-cü ildə Çindən yalnız 2 milyard dollarlıq idxalat etdiyini, İngiltərənin B&Q adlı şirkətinin 1,3 milyard dollar və Yaponiyanın Ito-Tokado zəncirinin yalnız 1,5 milyard dollarlıq idxalat etdiyini görürük. Wal-Mart isə 15 milyard dollar.

Wal-Mart

Wal-Mart, dünyanın ən güclü ‘pərakəndə' şirkəti deyil: Dünyanın ən güclü şirkətidir. Amerikan iqtisadiyyatında 1995 ilə 1996-cı illər arasında təmin edilmiş olan cəmi milli məhsuldarlıq artımının yüzdə 4-ünü tək başına Wal-Mart təmin etmiş!

1998-ci illə 2001-ci illər arasında Amerikadakı inflyasiya, olduqca mülayim sayıla biləcək səviyyədə reallaşmış. Məsələn 1998-ci ildə 10,00 dollar məbləğindəki bir məhsulun qiyməti 2001-ci ildə 10,87 dollar olmuş. Yeməklərdə də 1998-ci ildə 10,00 dollar olan ortalama qiymət 2001-ci ildə 10,77 dollara yüksəlmiş.Dövr içində inflyasiya nisbəti (CPI) yüzdə 2,5 olaraq cərəyan etmiş. İndi, bu əlbəttə çox kiçik bir rəqəm. Ancaq İstehlakçı Qiymət İndeksinin (CPI) bu hesablamasında belə yüzdə 15-lik bir səhv payı tapıldığı bilinir. Bu səhv payı düşüldüyündə, qidadakı inflyasiya nisbəti illik 2.125 olur. Yəni əslində 1998-ci ildə 10,00 dollar olan yeməklərin qiyməti, 2001-ci ildə 10,65 dollar olmuş.

Wal-Mart şirkətinin möhtəşəm uğur sirrləri nələrə bağlıdır?

Birincisi və ən önəmli amil, şirkətin " Hər zaman aşağı qiymət, Həmişə!" prinsipinə sadiq qalmasıdır.O öz missiyasını "Ümumdünya həyat tərzinin qiymətini aşağı endirmək" kimi qarşısına qoymuşdur. Bu prinsipi müştərilərə çatdırmaq üçün şirkət, onları diqqətlə dinləyir, qayğısına qalır, öz çalışanları ila tərafdaş kimi rəftar edir və qiymətlərə ciddi nəzarət edir. Wal-Mart müştəriləri razı salan müxtəlif növ xidmətlər göstərir. Hər bir dükanin girişində "Keyfiyyətə tam zəmanət verilir" işarəsi asılmlşdır. "Wal-Mart-ın məqsədi: Sırada hər zaman növbəti şaxs sizsiniz" adlı digər bir işarə isə dükanların daxilində asılmışdır. Nəhayət,şirkət qiymətləri sərt tədarük yolu ilə aşağı salır.Müştərilərə mehriban davranan şirkət kimi tanınmasına baxmayaraq, o eyni zamanda təchizatçılardan aşağı qiymətə mal aldığı zaman sərt münasibəti ilə də tanınır.


Tarix: 18.03.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari