beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Plastik kartlar

Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan - özünəməxsus "elektron pul".Ənənəvi nəğd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir.

Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur.Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır.

Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır:
Kredit kartlar (ingilis: Credit Cards) - hesablaşma zamanı nəğd kredit istifadə imkanını yaradır.
Ödəmə kartları (ingilis: Charge Cards) - hesablaşmanın asan yolunu təmin edən kartlar.
Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması.

Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər. İnsanlar alacaqları kartın mümkün olduqca daha çok yerlərdə qəbul edilməsinə üstünlük verirlər. Bu baxımdan kart ixrac edən və ya yayımında vasitəçilik edən banklar, həm kart sahibləri həm də kartı qəbul edən tərəflər arasında uyğun bir bazar yaratmağa çalışırlar.

Plastik kartlar aşağıdakı imkanları verirlər:
Pul vəsaitlərinin rahat və təhlükəsiz saxlanılması.Çünki kart məxfi PİN-kodla qorunur və plastik kartın itirildiyi və ya oğurlandığı hallarda hesabdakı vəsait olduğu həcmdə qalır;
Dünyanın istənilən nöqtəsində, sutkada 24 saat ərzində, banka müraciət etmədən, bankomatlardan pul vəsaitinin çıxarılması;
Ölkə daxilində və onun hüdudlarından kənarda malların və xidmətlərin ödənilməsi;
İnternet vasitəsilə həyata keçirilən “on-line” sifarişlərin ödənilməsi;
Kart hesabınızdakı hər hansı dəyişikliklər barədə ətraflı hesabatın alınması;
Şəxsi məsrəflərin və gəlirlərin kart hesabı üzrə alınmış çıxarışların əsasında təhlil edilməsi və planlaşdırılması;
Bir hesaba ailə üzvləri üçün bir neçə əlavə kartın, onlara müəyyən limit müəyyən etməklə və ya bunsuz, rəsmiləşdirilməsi ;[1].

Plastik ödəniş kartların istifadəsində 3 əsas istiqamət mövcuddur:
fiziki şəxslər üşün plastik kartlar
nümayəndəlik xərcləri üçün korporativ kartlar
maaş kartları [2].

Ödəmələrin bu sisteminin tətbiqini beynəlxalq aləmdə daha da təkmil formada tətbiq etmək məqsədi ilə Qərbdə İSO ( İnternarional Standarts Organisation ) – Beynəlxalq Standartlar Təşkilatı yaradıldı. Plastik kartların dünyada tanınmış VİSA, MASTER CARD, AMERİCAN EXPRESS kimi emitentləri bu təşkilatın üzvləri oldular. Bu təşkilat tərəfindən plastik kartların ümumi xarici görünş standarti, hesabların nömrələnməsi qaydası, maqnit xətlər formatı aparılan əməliyatlar barəsində kart sahibinə göndərilən məlumatlar formatının standartları işlənib hazırlandı. Məhs həmin standartlar bütün dünyada tətbiq edilir.

Hal – hazırda dünyanın 200 – dən arıq öləsində pul dövriyyəsi sahəsində plastik kartlardan istifadə edilir. Qərbin sənayecə inkişaf etmiş ölkələrində plastik kartlar daha geniş tətbiq edilərək və çek kitabçalarını tədricən sıxışdırır.

Kartların ən böyük üstünlüyü həm də ondadır ki, pulumuzun oğurlanmasını qeyri – mümkün edir. Əgər kart ogurlanarsa, banka xəbər verib ödəməni dayandırırıq. Oğru isə kodu bilmədiyi üçün kartımızdan istifadə etmək imkanından məhrum olur.

Hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunan bütün plastik kartlar iki yerə ayrılırlar : şəxsi və korporativ.

Şəxsi kartları banklar ayrı – ayrı şəxslərə, özünün ödəmə qabiliyyətli müştərilərinə verirlər. Bundan başqa, banklar şəxsi kartları digər tanımadıqları şəxslərə də verə bilərlər. Bunun üçün bank tərəfindən həmin şəxslərin ödəmə qabiliyyətləri öyrənilməli, “ kredit tarixləri ” nəzərdən keçirilməlidir. Həmin şəxslər bankda cari hesab açmalı və bu hesaba sığorta depoziti keçirməlidirlər.

Korporativ kartlar banklar tərəfindən hüquqi şəxslərə onların təminatı əsasında verilir. Belə kartları vermək üçün bank mütləq həmin hüquqi şəxsin

ödəmə qabiliyyətini yoxlamalıdır.

Funksional əlamətlərinə görə şərti olaraq plastik kartlar yeddi növə və iki qrupa bölünürlər. Birinci qrupa maqnit kartları, ikinci qrupa isə elektron kartlar aid edilir. Ilk beş növ maqnit kartları, son iki növ isə elektron kartlarıdır.

Maqnit kartlar

1. kredit kartlar

2. ödəmə (debet ) kartları

3. ekzekyutiv (icra) kartları

4. çek təminat kartları

5. alıcılıq qabiliyyəti qeyd olunmuş kartlar

Elektron kartlar

6. mikroprosessor kartlar

- yaddaş kartları

- intellektual kartlar ( Smart cards )

- superintellektual kartlar ( Supersmart cards )

7. lazer kartlar

Plastik kartlar içərisində ən sadə, adi kartlar alıcılıq qabiliyyəti qeyd olunmuş kartlardır. Bir qayda olaraq onun qabaq üzündə istehsalçının adı, onun firma nişanı, onun sahibinin adı və identifikasiya kodu əks etdirilir. Arxa tərəfdə isə sahibin imzası əks etdirilir.

Plastik kartlarla hesablaşmaların həyata keçirilməsinin mağazalar, digər ticarət və xidmət təşkilatları üçün üstün və çatışmayan cəhətləri vardır:Mündəricat
1 Üstün cəhətləri
2 Çatışmayan cəhətləri
3 Həmçinin bax
4 Mənbə


Üstün cəhətləri
plastik kartlarla hesablaşmaların aparılması çoxslu sayda yüksək imkanlı müştəri cəlb olunmasını təmin edir, bu isə öz növbəsində mal dövriyyəsini, xidmətin həcmini artırır ;
plastik kartlarla hesablaşmalar həyata keçirildiyi halda nə mağazalar, nə də ki, xidmət təşkilatları valyuta mübadiləsi və nağd pul inkassasiyası qayğılarından azad olurlar ;
plastik kartlarla hesablaşmaları apararaq mağazalar və xidmət təşkilatları nağd pullarla əməliyyat zamanı ortaya çıxan risklərdən azad olurlar ;
plastik kartlarla əməliyyatlar mağazaların və xidmət təşkilatlarının

nüfuzunu, reytinqini yüksəldir.

Çatışmayan cəhətləri
Mağazalar və xidmət təşkilatları plastik kartlarla əməliyyatlar aparmaq, bu əməliyyatları həyata keçirmək, lazım olan avadanlığı almaq və ya icarəyə götürmək üçün müəyyən məsrəflərə yol verməli, eyni zamanda həmin avadanlığı işlək vəziyyətdə saxlamaq üçün cari xərclər çəkməlidir.
Plastik kartlarla əməliyyat aparılması banklar üçün bir çox səbəblərdən əhəmiyyət kəsb edir. Bu səbəblər aşağıdakılardır :
Plastik kartlarla əməliyyatlar banklara cəlb olunmuş vəsaitlərin həcmini artırmağa imkan yaradır;
Müştərilər banklardan kartları alarkən kart üçün haqq ödəyirlər. Eyni zamanda kartlar vasitəsilə aparılan bütün növ əməliyyatlar üçün bank komisyon haqqı alır ;
Ödəmə dövriyyəsindən nağd pulların və çeklərin sıxışdırılıb çıxarılması meyli istiqaməti üzrə bankın rəqabət potensialı güclənir ;
Plastik kartlardan istifadə innovasiya prosesinin iştirakçısı kimi bankın nüfuzunu artırır.

Hal – hazırda respublikamızın banklarında da bu sahədə müvafiq irəliləyişlər vardır. Məsələn, Beynəlxalq Bankı beynəlxalq ödəniş sisteminin Visa İnternational çipo kartlarının emissiyasına başlamış və həyata keçirir. Verilmiş sifarişin ümumi həcinə nisbətən 2006 – cı ilin birinci yarısında 12 min kart reallaşdırılmışdır. Müəyyən vaxt ərzində bankın dövriyyədə olan maqnit sahəli kartları çipo kartla əvəz edilmişdir.


Tarix: 17.03.2013 / 13:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 530 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari