Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vilhelm Roşer

Vilhelm Roşer(alm. Georg Friedrich Wilhelm Roscher; 21 oktyabr 1817, Hannover — 4 iyun 1894, Leypsiq) — Almaniya iqtisadçısı.Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Fəaliyyəti

Köhnə tarix məktəbinin banilərindən biri də Vilhelm Roşer (1817-1894-cü illər) idi.

Roşer 1843-cü ildə buraxılmış "Tarixi metod" nöqteyi-nəzərindən siyasi iqtisad kursunun qısa əsasları" əsərində ilk dəfə tarixi metodun ümumi cizgilərini vermişdir. Roşerin "Xalq təsərrüfatının əsasları" (1854-1894) kitabı da maraq doğurur. Burada o, tarixi metoda müvafiq olaraq, hər bir millətin inkişafını aşağıdakı amillərin: təbiətin, əməyin və kapitalın, dəyişən hökmranlığı ilə əlaqələndirərək, J.B.Seyin üç istehsal amili nəzəriyyəsini şərh edir.

Fridrix Listin ardınca Roşer müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını və deməli, iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Roşer xalqların təbii fərqlərini, həmçinin onun rəyincə müxtəlif millətlərdə ümumi təsərrüfat tipinin mümkünlüyünü istisna edən qabiliyyətlərinin və inkişaf dərəcələrinin fərqlərini ön plana çəkirdi. Roşer belə hesab edirdi ki, "donun eyni ölçü üzrə tikilmədiyi kimi, bütün xalqlar üçün də eyni iqtisadi ideal ola bilməz". Roşer cəmiyyətin inkişafının inqilabi yolunu rədd edərək, inkişafın yalnız təkamül formasını qəbul edirdi. İnqilabi çevrilişləri qeyri-qanuni hesab edir, xalqları öz həyat formalarını dəyişdirərkən hər şeyi dəyişdirən zamanı rəhbər tutmağa çağırırdı ki, çox yavaş və tədricən həyata keçirilən dəyişikliklər hiss olunmasın. Roşer inanırdı ki, hər bir inqilab, onun etdiyi dəyişikliklərə nə qədər ehtiyac olsa belə, böyük bədbəxtlik və xalq həyatını ölüm xəstəliyi olaraq qalır.


Tarix: 17.03.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...