Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Minsk 2

Minsk 2 — Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq sammit. Görüşün məqsədi Donbass müharibəsinin sonlandırılması və iki tərəf olaraq qəbul edilən Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması olmuşdur. Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərliyi altında 11-12 fevral tarixlərində təşkil edilmiş və tərəflər arasında yekun razılıq əldə olunmuşdur. İmzalanan Minsk 2 müqaviləsinə əsasən tərəflər qoşunlarını 15 fevral 00:00 tarixindən etibarən cəbhə xəttinə gədər geri çəkməli və ağır silahları döyüş mərkəzlərindən çıxarmalı idi. 16-17 fevral tarixlərində Luqansk və Donetsk vilayətlərində atəşkəsə əməl edilsə də, ayın 18-dən etibarən Debaltsev şəhəri uğrunda döyüşlər yenidən şiddətlənmişdir.


Tarix: 02.03.2015 / 18:46 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Ümumi
loading...