beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üşr

Üşr (ərəb. ondabir ) – orta əsrlərdə müsəlman dövlətlərində mövcud olmuş natural vergi. Şəriətə əsasən kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq, neft məhsulları, duz və i.a. istehsalı məhsullarının 1/10-i həcmində toplanılırdı. Azərbaycanda dəhyek, salariyə, ondabir və i.a. adlarla da məlum olmuşdur. U. XIX yüzilliyin ikinci yarısında aradan çıxmışdır. Ü. Əlcəzairdə 1918-ci, Türkiyədə 1925-ci, Tunisdə 1935-ci ildə ləğv edilmişdir. O, Səudiyyə Ərəbistanı və bir sıra başqa müsəlman ölkələrində indi də mövcuddur.


Tarix: 12.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Ümumi