beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıllı hadisələri

İsmayıllı hadisələri - Azərbaycanın İsmayıllı rayonunda 23-25 yanvar 2013-cü il tarixlərində baş verən hadisələrdir.

Tarixi
İddialara görə 23 yanvar 2013-cü ildə İsmayıllı rayonunun həmin vaxtı icra başçısı olan Nizami Ələkbərovun qardaşı oğlu məxsus Hammer markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb. Rayon sakinləri buna mane olmağa çalışsa da, icra başçısının qohumları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlərin həmin şəxsləri döymüş və Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərova məxsus olan Çıraq hotelini və Hammer markalı maşını yandırmışlar. Sakinlərin Çıraq hotelini yandırmalarının əsas səbəblərindən biri də həmin hotelin əslində varlı məmur övladları tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə etmələri idi. Daha sonra mitinq keçirən 3 min nəfərdən çox rayon sakini icra hakimiyyəti binasına doğru yürüş ediblər. Onların əsas tələbi icra başçısı Nizami Ələkbərovun istefası olub. Mitinqçilərə qarşı güc tətbiq etmək üçün dərhal Bakıdan və qonşu rayonlardan Xüsusi təyinatlı qoşunlar və Daxili qoşunlar İsmayıllıya yeridilib. Bəzi məlumatlara görə İsmayıllıya gedən daxili qoşunların bir hissəsinin yolu Qəbələdə yerli sakinlər tərəfindən kəsilib. Yolu bağlayan sakinlər dinc əhalinin üzərinə silahlı ordunun yeridilməsinə etiraz bildiriblər. Buna baxmayaraq 24 yanvarda müxtəlif istiqamətlərdən İsmayıllıya qoşunlar yeridilib, İsmayıllı rayonu tamamilə mühasirəyə alınıb, rayondan giriş-çıxışa qadağa qoyulub. Etiraz edən sakinlərə qarşı qoşunlar avtomat atıcı silahlardan, rezin güllələrdən, su şırnağından və gözyaşardıcı qazdan istifadə ediblər. İki gün davam edən qarşıdurmalar zamanı çoxlu sayda polis, əsgər, xüsusi təyinatlı döyüşçü və yerli sakinlər yaralanıb, onlarla sakin həbs edilib. Şəhərdə komendant saatı tətbiq edilib, küçəyə çıxan hər bir sakin dərhal polis və ordu tərəfindən həbs edilib. Yalnız bu tip sərt tədbirlər nəticəsində xalq üsyanının qarşısını almaq mümkün olub. Hadisədən bir neçə həftə sonra icra başçısı Nizami Ələkbərov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Daha sonra mətbuatda yayılan məlumata görə Nizami Ələkbərov MTN-də şöbə müdiri vəzifəsinə təyin edilib.


Tarix: 12.02.2015 / 17:52 Müəllif: Feriska Baxılıb: 156 Bölmə: Ümumi