beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Milli Futbol Kuboku 2009/2010

Azərbaycan Kubokunun 2009/2010 mövsümündə mübarizəyə 20 klub qoşulacaq. Sentyabrın 4-də saat 15.00-da keçiriləcək yeni mövsümün püşkatma mərasimində 20 komanda iştirak edəcək.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Premyer-Liqa klublarının hamısı kubok uğrunda mübarizəyə qoşulacaq. I diviziondan isə yalnız 8 komanda oynamaq istəyindədir. Dörd klub - ABN, "Energetik", "Ədliyyə" və "Göyəzən" isə mübarizədən imtina edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/16 mərhələsinin ilk oyunları 16-17 sentyabrda, cavab qarşılaşmaları 23-24 sentyabrda baş tutacaq.

2009/2010 mövsümündə bu komandalar iştirak edəcək:

Premyer-Liqa: Bakı, İnter, Simurq, Xəzər Lənkəran, Qarabağ, Olimpik-Şüvəlan, Standard, Neftçi, Karvan, Qəbələ, Turan, Muğan.

I divizion: Bakılı, MOİK, Şahdağ, Anşad-Petrol, Gəncə, MKT-Araz, Neftçi İSM, Rəvan.
1/16 Final
(15-17, 23-24 sentyabr 2009)

1. Gəncə - Rəvan 1:1 / 2:0
2. Anşad Petrol - Şahdağ 1:1 / 2:3
3. MKT-Araz - Bakılı 1:3 / 1:2
4. MOİK - Neftçi İSM 2:1 / 0:2
1/8 final
(4, 11-12 noyabr 2009)

5. Simurq - Gəncə 2:0 / 1:0
6. Olimpik-Şüvəlan - Qəbələ 2:0 / 0:1
7. Qarabağ - Şahdağ 4:0 / 0:0
8. Xəzər Lənkəran - Muğan 3:1 / 1:0
9. Bakı - Bakılı 6:0 / 0:0
10. Standard - Turan 3:1 / 0:0
11. Neftçi - Neftçi İSM 5:0 / 2:0
12. İnter - Karvan 4:0 / 3:2
1/4 final
(6-7, 17-18 mart 2010)

13. 5-ci cütün qalibi - 6-cı cütün qalibi
14. 7-cü cütün qalibi - 8-ci cütün qalibi
15. 9-cu cütün qalibi - 10-cü cütün qalibi
16. 11-ci cütün qalibi - 12-ci cütün qalibi
Yarımfinal
(28-29 aprel, 5-6 may 2010)

17. 13-cü cütün qalibi - 14-cü cütün qalibi
18. 15-ci cütün qalibi - 16-cı cütün qalibi
Final
Əsas məqalə: Azərbaycan Milli Futbol Kuboku 2009/2010 final
(23 may 2010)

17-ci cütün qalibi - 18-ci cütün qalibi


Tarix: 12.02.2015 / 16:12 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Ümumi