beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası"

"İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası" traktatı peripatetizmin tənqidinə həsr olunmuşdur. Mütəfəkkir bu əsərində Aristotelə qarşı çıxaraq, onun davamçıları olan filosofları dinsizlikdə ittiham etmişdir. Əsərin yazılma səbəbi belə izah olunur: "Bu hökmdarın (Nasir li–Dinillahın) sayəsində din bazarının rəvac tapmasına baxmayaraq, cavanlardan bəzisi dinlə bir araya sığmayan fəlsəfə ilə məşğul olur. Odur ki, mən bu kitabı özüm rəvayət etdiyim hədislərin üzündən yazdım. Yadıma gələn müsnədləri də ona əlavə etmişəm." Əsərin meydana çıxması tarixi faktlarla əlaqələndirilir: Xəlifə Nasir li–Dinillahın özü hədis rəvayət etməsinə və başqalarına da rəvayət etmək icazəsi verməsinə baxmayaraq, o, İbn Sabit ibn Saburun (...-1199) təhriki sayəsində fəlsəfə ilə tanış olmuş, şəri elmləri alçaltmışdır. Əbühəfs Sührəvərdi bu əsəri, həmin münasibətlə yazmışdır.

Zakir Məmmədov "İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası" kitabından bəhs edərkən yazır ki, kitab on beş fəsildən (bab) və iki xatimədən (nəticə) ibarətdir. Əsərin əlyazma nüsxələri Qota, Bursa, İstanbul, Tehran və başqa şəhərlərin kitabxanalarında saxlanılır. Əsəri Muinəddin Əli ibn Cəlaləddin Yəzdi (... – 1387) fars dilinə çevirmişdir. Bu tərcümə Sipəhsalar kitabxanasında (İran), Britaniya Muzeyində (İngiltərə), Xədiviyyə kitabxanasında (Misir) və s. fondlarda mövcuddur.


Tarix: 09.02.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Ümumi