beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çobanilər sülaləsi - Şəcərəsi

Surğan Şirə Sulduz
Cilavxan bahadur Sulduz, Surğan Şirənin oğlu
Seydun noyon Sulduz, Cilavxan bahadurun oğlu
Suncaq noyon Sulduz, Seydun noyonun oğlu, Abaqa xan tərəfindən Fars və Bağdadın hakimi
Baydu noyon Sulduz, Suncağın oğlu
Ərəb ağa Sulduz, Suncağın oğlu, Əhməd Təkudar xanın əmiri
Əmən ağa Sulduz, Ərəbin oğlu
Arqun ağa Sulduz, Suncağın oğlu
Həbəş ağa Sulduz, Suncağın oğlu
Fəxrəddin ağa Sulduz, Həbəşin oğlu, Əmir Çobanın əmiri
Şaday kürəkən Sulduz, Suncağın oğlu, arvadı Hülaku xanın nəvəsi idi
Ərəb kürəkən Sulduz, Şadayin oğlu,
Cuca ağa Sulduz, Ərəbin oğlu,
Kextey noyon Sulduz, Seydun noyonun oğlu,
Xitay ağa Sulduz, Kexteyin oğlu,
Qazan ağa Sulduz, Xitayın oğlu,
Zəki ağa Sulduz, Xitayın oğlu,
Arateymur noyon Sulduz, Seydun noyonun oğlu,
Teymur Buğa noyon Sulduz, Seydun noyonun oğlu,
Bay Buğa ağa Sulduz, Teymur Buğanın oğlu,
Şiktur ağa Sulduz, Teymur Buğanın oğlu,
Mübarək ağa Sulduz, Teymur Buğanın oğlu,
Çoban Qutluq ağa Sulduz, Mübarəkin oğlu, Arpa Kavun xanın əmiri
Sartak noyon Sulduz, Seydun noyonun oğlu,
Tudavun noyon Sulduz, Seydun noyonun oğlu, Rumun hakimi (?-1277), Abaqa xanın əmiri
Məlik noyon Sulduz, Tudavunun oğlu
Əmir Çoban Sulduz, Məlik noyonun oğlu, Elxanlılar dövlətinin əmir əl-ümərası (1307—1327)
Əmir Həsən Sulduz, Əmir Çobanın oğlu, Xorasan və Mazandaranın naibi (?—1327)
Əmir Talış Sulduz, Əmir Həsənin oğlu, İsfahan, Fars və Kermanın naibi (1324—1329)
Qoç Hüseyn Sulduz, Əmir Həsənin oğlu,
Hacı bəy Sulduz, Əmir Həsənin oğlu,
Əmir Dəmirdaş Sulduz, Əmir Çobanın oğlu, Rumun naibi (1319—1327)
Şeyx Həsən (Kiçik) Sulduz,(1319-?) Əmir Dəmirdaşın oğlu, Elxanlılar dövlətiinin əmirəlümərası və Azərbaycanın naibi (1327—1343)
Məlik Əşrəf Sulduz, Əmir Dəmirdaşın oğlu, Elxanlılar dövlətiinin əmir əl-ümərası və Azərbaycanın naibi (1343—1353), Azərbaycanın sultanı (1353—1356)
Məlik Əştər Sulduz, Əmir Dəmirdaşın oğlu,
Məlik Misir Sulduz, Əmir Dəmirdaşın oğlu,
Əmir Surğan Sulduz, (?-1344), Əmir Çobanın oğlu, Qarabağın hakimi
Əmir Mahmud Sulduz, Əmir Çobanın oğlu, (?-1327)
Pir Hüseyn Sulduz, (?-1341) Əmir Mamudun oğlu, Farsın hakimi
Qoç Həsən Sulduz,(?-1343) Pir Hüseynin oğlu,
Dəməşq Xacə Sulduz, Əmir Çobanın oğlu, (?-1327)
Dilşad xatun, Dəməşq xacənin qızı, Sultan Əbu Səid Bahadurun, sonra Şeyx Həsən Cəlayırın həyat yoldaşı
Sultanbəxt xatun, Dəməşq xacənin qızı,
Əmir Yağıbasdı Sulduz,(?-1344) Əmir Çobanın oğlu,
Əmir Cilovxan Sulduz, Əmir Çobanın oğlu, (?-1327)


Tarix: 09.02.2015 / 16:25 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Ümumi