beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan manatı

Azərbaycan manatı — Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur. Azərbaycan manatı türk ölkələrinin ən dəyərli puludur.

1000 manat1000 manat
1992-ci il avqustun 15-i Azərbaycanın milli valyutası — Azərbaycan manatı dövriyyəyə buraxılıb. Əvvəlcə dövriyyəyə 1, 5, 10 manatlıq əsginazlar və müxtəlif sikkələr buraxılıb. 1992-ci ildə ilk olaraq 1, 10 və 250 manatlıq, 1993-cü ildə 1, 5, 10, 50, 100, 500, 1000 manatlıq, 1994-cü ildə 10 000 manatlıq, 1995-ci ildə isə 50 000 manatlıq əsginazlar dövriyyəyə buraxılıb. 1994-cü il yanvarın 1-dən manat ölkədə yeganə ödəniş vasitəsi elan olunub və Sovet rublu dövriyyədən çıxarılıb. 2001-ci ildə 1 000 manatlıq əsginaz yeni dizaynda buraxılıb.
100 manat
500 manat
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanmışdır. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilmişdir.

Ölkə prezidenti cənab İlham Əliyev yeni nəsil pul nişanlarının dizaynına münasibət bildirirək qeyd etmişdir: “Manat çox gözəl dizayna malikdir. Üzərində Azərbaycanın mədəniyyətini, tarixini, keçmişini, bu gününü və gələcəyini əks etdirən təsvirlər mövcuddur. Ümid edirəm ki, uzun illər, onilliklər ərzində bu manat Azərbaycan xalqına, vətəndaşlarına xidmət edəcək, ölkəmiz daha da zənginləşəcək və Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcəkdir.”

1 manat
1 MANAT
Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əsginaz 120x70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən «MANAT», möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


5 manat
5 MANAT
Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əsginaz 127 x70 mmölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir yazımız çap edilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.

10 manat
10 MANAT
Tarix mövzusuna həsr olunmuşdur.

Əsginaz 134 x70 mmölçüdə olan ağ kağızda çap olunmuşdur.Əsginazın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən «MANAT», möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

20 manat
20 MANAT
Qarabağ mövzusuna həsr olunmuşdur.

Əsginaz 134 x70 mmölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi «Xarı Bülbül» təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən «MANAT», möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

50 manat
50 MANAT
Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

Əsginaz 148 x70 mmölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti – pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əsginazın arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunmuşdur.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən «MANAT», möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

100 manat
100 MANAT
İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əsginaz 155 x70 mmölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən «MANAT», möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


Tarix: 10.12.2014 / 10:55 Müəllif: Aziza Baxılıb: 165 Bölmə: Ümumi Melumat