beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kolumbiya vətəndaş müharibəsi (1860-1862)

Kolumbiya vətəndaş müharibəsi 1860-1862.Vətəndaş müharibəsi 1860-1862 ci illərdə Kolumbiyada Liberallar və Kolumbiya Konservativ Partiyası arasında baş verir.Mərkəzləşdirmə və Federallaşma tərəfdarlarının müharizəsi kimi də qiymətləndirmək olar.Müharibənin nətincəsində Qranada Konfederasiyası ləğv edilərək Birləşmiş Kolumbiya Ştatları ilə əvəzlənir.
Müharibədən öncəki vəziyyət
Kolumbiya tarixi ərzində əsasən mərkəzləşdirmə tərəfdarları və yerli icra orqanlarının səlahiyyətlərinin artırılması tərəfdarları arasında daima mübarizə ilə zəngindir.1853-ci ildəki konstitsiya federallaşmaya imkan yaradırdı.Bunun sayəsində ölkə vilayyətləri birləşərək ştatlara çevrilir.Ştatlar müstəqilləşmə xətdi götürür.1858-ci ildə konstutsiya dəyişilir dövlət Qranada Konfederasiyaı adlandırılır.Bir müddətdən sonra prezident Ospina mərkəzləşdirmə xəttini götürür.Kongres 1859-cu ildə yeni qanun qəbul edilir:Prezidentə ştat rəhbərlərini dəyişmək və yenisini təyin etmək hüququ verirdi.Növbəti qanunda isə prezidentə ştatlarda icra organları yaratmaq və həmin orqanlarla ştat resurslarının xərclənməsinə nəzarət etmək hüququ verirdi.Buna cavab olaraq Liberallar qanunu konnstutsiyaya zid olduğunu bildirirlər.

Vətəndaş müharibəsi
8 may 1960-cı ildə Kauka ştatının qubernatoru Tomas Sipriano de Moskera müstəqilliyini elan edərək mərkəzi hökumətə qarşı cıxır.Onu bir çox başqa ştatlarda eyni addımlar atır.Üsyançılar 18 iyulda paytaxt Boqotanı tutaraq prezidenti həbs edirlər.Birləşmiş Yeni Qranada Ştatları yaradıldığı elan edilir.Paytaxtın itirilməsinə baxmayaraq hökumət mübarizəni davam etdirirdi.Ölkə xaosa yuxarlanırdı .Ekvadorda münaqişəni əlverişli bilərək mübahisəli əraziləri özünə birləsdirmək məqsədi ilə münaqişəyə qoşulur.Hərbi əməliyyatlar 1862-ci ildə bitir.

Nəticə
4 fevral 1863-cü ildə Rioneyroda konfrans çağrılır və yeni konstutsiya qəbul edilir.Konfederasiya ləğv edilərək yerinə Birləşmiş Kolumbiya ştatları yaradılır.


Tarix: 17.02.2015 / 18:26 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Ölkələrinə görə tarix