beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kolumbiya vətəndaş müharibəsi (1851)

Kolumbiya vətəndaş müharibəsi (1851) Münaqişə Yeni Qranada Respublikasında baş vermişdir.Müharibə tərəfləri Liberallar və Kolumbiya Konservativ Partiyası olmuşdur. 1851-ci ilin 22 may -10 sentyabr zaman kəsiyini əhatə edir.
Müharibədən öncəki vəziyyət
1851-ci ildəki seçgilərdə Liberal Xose İlqario lopes qalib gəlir.O öz vəzifəsində Tomas Kiprian Moskeranı əvəzləyir.Kolumbiya Liberal Partiyası avropasayağı inqilabi hərəkatı Yuxarıların müharibəsində məğlub olurlar.Moskera onları əhv edirki bunun nəticəsində Liberallar öz güclərini bərpa edirlər.Liberallar hakimiyyətə qəldikdən sonra islahatlar həyata keçirməyə başlayırlar.Bu islahatlar Konservanların etirazına səbəb olur.İslahatlar kilsə əlehinə yönəlmişdi.18 may 1850-ci ildə iezuitlər ölkədən qovulur.1851-ci ildə konstutsiyaya dəyişiklik edilir: siyasi çinayətlərə görə ölüm hökmü ləğv edilir,azad mətbuat və sərbəst toplaşma hüququ verilir.Kilsə məhkəmələrinə aid məcəllə qəbul edilir və bu yepiskopun etirazina səbəb olur.21 may 1851-ci ildə kökumət quldarlığı ləğv edir.Bu addım bir tərəfin lehinə idisə digər tərəfin əlehinə idi .Bu konsrvatların qəti etirazına səbəb olur.

Müharibənin gedişi
Konservatlar ölkənin cənub və qərbində mərkəzləşmişdilər.22 may 1851-ci ildə üsyançılar Patiyo və Timbio şəhərlərini tuturlar.Pasto şəhərində isə məğlubiyyətə uğrayırlar.Bu məğlubiyyətdən sonra Arboledo Ekvadora danışığa gedir.Ekvadora sərhəd bölgəsindən gələn gəlir güzəştə gedilir,əvəzində isə üsyançılara silah-sursat verilməlidir.Kouka,Sako və Antokiya ştatlar bu fikiri dəstəkləyir.Digər üsyanlar Saqomoso ,Marikita,Quatavita və Quamoda baş verir.1 iyulda ölkənin cənubunda xüxusi ilə Popayan,Posta və Kali fərqlənirdi.Hökumət cənub ərazilərinə ordu komandanı Xose Obandanı təyin edir.General Manuel Mariya Franko Ekvadora oradansa Peruya gedir.Hədəf isə qulları satmaq olur.Antokiyada federal hökumət təşkil edilir və mərkəzi hökumətdən ayrıldığını bildirir.Bunun üçün Eysebio Borrero 800 nəfərdən ibarət qoşun təşkil edərək Medelini ələ keçirir.General Tomas Errera Solominə irrəliləyir və burada Braulio Enaonun qüvvələri ilə toqquşur. 1 avqust 1851-ci ildə milli qvardiya qüvvələri ilə Mariano Rodriqesın qüvvələri ilə vuruşur və bu toqquşmadan 20 gün sonra Rodriges həbs edilir.10 sentyabrda Rioneqroda general Errera Borreraya qalib gəlir.Borrera Yamaykaya göndərilir və üsyan isə yatırılır.

Nəticəsi
Liberallar öz mövqelərini gücləndirir.1850 ci ildən başlanan islahatlar 1853-ci ildə yeni konstutsiyanın qəbulu ilə nəticələnir.Müharibədəki məğlubiyyatdən sonra Konservantlar Liberalların islahatrından ağır itgi verməli olurlar.


Tarix: 17.02.2015 / 18:25 Müəllif: Feriska Baxılıb: 189 Bölmə: Ölkələrinə görə tarix