Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Zirzəmi görmək

Yuxuda soyuq zirzəmidəsinizsə, deməli şübhələrlə əziyyət çəkəcəksiniz. Siz hər şeyə inamınızı itirərək bədbin hisslərdən qapılacaqsınız, onlardan xilas ola bilməyəcəksiniz. Bu yuxu mal-mülkünüzü itirəcəyinizə işarədir. Çaxır və azuqə ilə dolu zirzəmi o deməkdir ki, sizə hansısa şübhəli mənbələrdən gələn gəlir təklif olunacaq. Gənc qadın belə yuxu görübsə, onu alverçi və oyunçu ilə evlilik haqqında təklif gözləyir. Gənc qadın yuxuda zirzəmi görübsə, bu, sevgilisi ilə ayrılıq və ya xəstəliyə işarədir. O, həyatda sağ olan insanı yuxuda zirzəmidə ölü şəkildə görübsə, bu o deməkdir ki, onu bu insanla həyatda ümumi bədbəxtlik birləşdirəcək, lakin sonra hər şey xeyirli bitəcək. O, yuxuda ölən qardaşını zirzəmidə görübsə, bu yuxu onun üçün səy və enerji sərf etməklə aradan qaldırılması mümkün olan çətinliklər barədə xəbərdarlıqdır.


Tarix: 08.01.2015 / 12:39 Müəllif: Ebulfez Baxılıb: 73 Bölmə: Z hərfi
loading...