Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Xəyanət görmək

Əgər yuxuda xəyanət etmisinizsə, həyatda sizi qeyri-qanuni işlərdə günahlandıracaqlar. Belə yuxunu qadın görsə, real həyatda o, kobudluğu və pis xasiyyəti ilə ərinin ona qarşı sevgisini itirəcək. Yuxuda ərini onun dostu ilə aldadırsa, bu, real həyatda ərinin ona laqeyd olacağına işarədir. Əgər qadın yuxuda cavan oğlanı yolundan çıxarırsa, həyatda onu boşanma təhlükəsi və yüngül hərəkətlərinə görə yalqızlıq gözləyir. Yuxuda nəfsinizi öldürərək şəhvət hisslərinə qalib gəlmisinizsə, bu, yaxşı əlamətdir. Yuxuda yolunu azmaq pis əlamətdir. Yuxuda sevgilinizi aldadırsınızsa, real həyatda da yaxın adamınıza xəyanət edəcəksiniz. Yuxuda sevgiliniz sizə xəyanət edirsə, bu, həyatda sizin etibarınızdan asanlıqla sui-istifadə etməyin mümkün olduğuna işarədir. Əgər evli kişi yuxuda həyat yoldaşını bir fahişə ilə aldadırsa, bu onun hərəkətlərinin gülünc obyektinə çevriləcəyinə işarədir. Yuxuda xəyanətinizdən peşmançılıq çəkirsinizsə, bu hazırkı işlərinizdən razı olmadığınıza və onu tezliklə dəyişmək üçün əlinizdən gələni etməyə hazır olduğunuza işarədir. Əgər yuxuda sevgilinizi intiqam hissinə görə aldadırsınızsa, bu, ailə həyatında çox xoşbəxt olacağınıza işarədir. Gənc qadına belə yuxu xoşbəxtlik və sevgilisi ilə münasibətlərində uğura işarədir. Lakin bu ona heç bir məmnunluq gətirməyəcək.

———

Yuxuda dostların xəyanətini görmək o deməkdir ki, həqiqətdə siz onalrın diqqəti və hörməti ilə qarşılacaqsınız. Sevgililər üçün onların xoşbəxt cütlük olacağına işarədir.


Tarix: 23.11.2014 / 15:47 Müəllif: Ebulfez Baxılıb: 86 Bölmə: X hərfi
loading...