Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Uşaqlar görmək

Yuxuda qəşəng uşaqlar görmək çiçəklənmə, xoşbəxtlik və rifaha işarədir. Ana yuxuda uşağını yüngül xəstə görürsə,bu o deməkdir ki, onun həmişə möhkəm sağlamlığı olacaq, lakin onu övladı ilə bağlı digər kiçik xoşagəlməz hallar narahat edəcək. Öz uşağını yuxuda ağır xəstə və ölü görmək o deməkdir ki, qorxmaq üçün əsas var və onu sağlamlığı ilə bağlı təhlükə gözlənilir. Yuxuda ölü uşaq görmək yaxın gələcəkdə narahatlıq və kədərə işarədir. Yuxuda nədənsə kədərlənmiş, ağlayan uşaqlar görmək gələcəkdə xoşagəlməz hallar, həyəcanlı hisslər və dostlarınızın qeyri-səmimiliyinə işarədir. Uşaqlarla oynamaq o deməkdir ki, siz bütün ticari və sevgi işlərində məqsədinizə nail olacaqsınız.

—–

Uşaqlar – xüsusi diqqət tələb edən obrazdır, çünki bu obraz fikirlərimiz və həyəcanlarımızı özündə əks etdirir. Uşaqlar həmişə qorxmağa dəyəcək şeylərdən qorxurlar.Onlarda ədalətlilik hissləri güclü olur, onlar yaxşı və pisi çox gözəl ayırmağı bacarırlar. Onlar qarşılarındakı insana sevgi və nifrətlərini açıq, səmimi olaraq bildirirlər. Yuxuda uşaqla dostluq etmisiniz? Bunun şərhi birmənalı deyil. Əgər yuxuda gördüyünüz uşaq real həyatda da varsa, ola bilsin ki, bu sizin arzu və istəklərinizin sadəcə əksidir. Yozmanın əsas elementi – özünüzü necə aparırsınız və bu uşaqla hansı əlaqələriniz var. Yuxuda valideyn olmusunuzsa və öz uşaqlarınızı görmüsünüzsə, şübhəsiz ki, bu arzuları həyata keçirmə istəyinizdir. Yuxu eyni zamanda valideynləriniz və sizin üçün mühüm olan digər insanlarla yola getmədiyinizə işarədir.Bundan əlavə, özünü valideyn görmək real həyatda kiməsə təsir göstərmək istədiyinizə işarədir. Məsələn, sizin əhatə dairənizdən hər hansı bir nüfuzlu şəxslə münasibətlər pozulub və bu münasibətləri geri qaytarmaq istəyirsiniz. Bizim əksəriyyətimiz valideynlərimizin üzərimizdə hakimiyyətini görmüşük və böyüyərək həmin hərəkətləri təkrar etmək istəyirik. Yuxuda uşaqlıqda olduğu kimi paltardəyişmə işində oynamısınızsa, həmkarlarınız isə adi böyük insanlardırsa, bu yuxu real həyatda həmkarlarınızın sizdən daha nüfuzlu olduğuna işarədir.

—–

Yuxuda çoxlu uşaq görmək sizdən əlavə vaxt və səy tələb edəcək çoxlu sayda xırda problemləri həll etməli olacağınıza işarədir. Ola bilər, belə yuxu planetdə doğumun səviyyəsinin artacağından xəbər verir. Yuxuda özünü uşaq görmək real həyatda özünüzü yaxşı aparmadığınız deməkdir. Sizin uşaqcasına hərəkətlərini yersidir və ətrafınızdakı adamları sizdən küsdürür. Ağlayan uşaq görmək dünyəvi təhlükədən xəbər verir. Kişilərin müharibəyə gedəcəkləri, qadınların özlərinə xas olmayan işlərlə məşğul olacaqları, uşaqların çoxlu göz yaşı axıdacaqları vaxt gələcək. Belə yuxu yuxu görənin uşaqları və onun yaxın qohumlarının uşaqları üçün fəlakətə işarədir. Əlil uşaqlar görmək ziyanlı vərdişlərinizin nəinki öz sağlamlığınıza, həm də ətrafınızdakı adamların səhhətinə ciddi ziyan vuracağı deməkdir. Bəzən belə yuxu planetdəki ekoloji fəlakətə işarədir. Yuxuda öz uşaqlarının görmək sizin öz ev adamlarınıza diqqət göstərməniz lazımdır. Sizin öz hərəkət və sözlərinizlə onları möhkəm küsdürdüyünüz tamamilə mümkündür. Uşaqları axtarmaq pis əlamətdir. Bəzi xırda qarışıqlıq üzündən yaranmış vəziyyətdən çıxış yholu tapa bilməyəcəksiniz. Yuxuda uşaqlarla oynamaq real həyatda ürəyinizcə iş axtardığınıza, lakin bir müddət son qüvvənizi əlinizdən alan sevmədiyiniz köhnə işinizlə vaxt keçirməli olacağınıza işarədir..


Tarix: 22.11.2014 / 22:56 Müəllif: Ebulfez Baxılıb: 126 Bölmə: U hərfi
loading...