Dəli olmaq istəyirəm
Atıb abrımın daşını
Keçib ağlımın başından
Allah, bu cavan yaşımda
Dəli olmaq istəyirəm.
Boş nağılların əlindən,
Bu paxılların əlindən
“Ağıllılar” ın əlindən
Dəli olmaq istəyirəm.
Dünyanın şərti tükənmir,
Dərdimin dərdi tükənmir.
Səbrimin səbri tükənir –
Dəli olmaq istəyirəm.
Tarix: 01.06.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Tural İrfan
loading...