Alicaha, qənimin qadiri-sübhan olsun
Qəzəb ayatı sənə ayeyi-Quran olsun.
Səni suzan eləsin ayeyi-fihün fihi,
Mənzilin ruzi-cəza əsfəli-niran olsun.
Düşəsən dur görüm sən bu imarətlərdən.
Yatacaq yer sənə bir künci-dəyirman olsun.
Ay ötə, həftə ötə, heç dilüvə dəyməyə ət,
Bilmənəm il dolana bəlkə ki, qurban olsun.
Gozəsən küçələri, gəşt edəsən şamü səhər,
Bir qəpikdən ötəri göz yaşin əfşan otsun.
Yastığın qırmızı kərpic, döşəyin köhnə həsir,
Bir dənə yırtıq əba üstüvə yorğan olsun.
İstirahətlə sənə olmaya bir mənzili-xas,
Camədar Mirzəli tək mənzilin külxan olsun.
Can verəndə yığıla üstüvə cinn ilə pəri
Əməlin kisəsinin məxzəni şeytan olsun.
Şatır Abdulla, Qubuş Qarə nənə , Şölti Təqi,
Qardaşım vay! – deyib, üstündə nəvaxan olsün.
Nə ki.... var isə qənşərində zikr desin,
Əl çalan Cəfər Ağa, mütrübün Tatyan olsun.
Gürcüvan çaxırı pişvazə gələ qənşərüvə,
Nuş bər nuş deyən şeytəni-dəğvan olsun.
Ərəsatə bu təhər kefli, xuraman gələsən –
Ki, görənlər səni bu şəkldə heyran olsun.
Xəlq səni loti bilir, amma ki, sən xudkeşsən,
Qoy dəlilin gətirim, aləmə bürhan olsun.
Bir gəlir yadüvə sabiqdə keçən kohnə dükan?
Qoy ki, faş eyləməyim bu sözü, pünhan olsun.
Səni mən mərd bilib dərgəhüvə üz tutdum,
Fərz bildim bu kişi sahibi-ehsan olsun.
Demə sən zatı qəliz Hacı Türabın birisən,
Qara eşşək nədi kim, daxili-insan olsun?
Sən deyirsən ki, atam müctəhidi-aləmdir,
Bu sözə bavər edən sən kimi heyvan olsun.
Müctəhid oğlu gərək qabil ola atası tək
Yoxsa, sən kimi lotu nayibi-lulan olsun.
Taci-sər, həcv deyildir bu ki, mən eyləmişəm,
Qərəz oldur ki, sənə bir neçə həzyan olsun.
Vay əgər haluva məndən olusan rəncidə
Həcv qıllam ki, səni şöhreyi-Şirvan olsun.
Tarix: 29.05.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 263 Bölmə: Seyid Əzim Şirvani