Otağımın qapısını bağladım məni sıxan dünyadan uzaqlaşmaq üçün,amma posterlər asılmış divarlarda xilas edə bilmədi məni. Daha çox sıxılmağa başladım, ürəyimi sıxan dərd bir tərəfdən, insanların sürünərək "yaşamağı" bir tərəfdən sıxırdı məni. kiminləsə söhbət etməliydim. divarlara baxdım, sonra tavana, döşəməyə, sonra birdə divarlara... şəkillərlə danışmaq istədim...
- Salam. Necəsən? mən çox pisəm. çünki pəncərəmdən gələn işıq bəs etmir. otağımın pəncərəsini demirəm. ümumilikdə, öz dünyama düşən işığı deyirəm... hmm
Yox, alınmır, şəkillər məni dinləmək istəmir. Dinləsələrdə başa düşməyəcəklər, daima gülümsəyən bir şəkil hönkürtü ilə ağlamaq istəyən bir insanı necə başa düşsün axı? Öz-özümə danışmağıda yoxlamışam. Özümdə başa düməmişəm nə dediyimi. Başa düşsəydim sıxılmazdım həmdə. Pəncərəyə yaxınlaşdım.. Gecə idi. Yalnız xüsusi olaraq pəncərəmin formasında işıq düşürdü həyətə, söndürdüm o işığı.. Artıq heçnə görmürdüm... Düşüncələrim kimi idi gecə... Heçnə görmürdüm, gördüklərimin isə nə olduğunu tam anlaya bilmirdim. Gecə öz qaranlığında boğulurdu, gecə sıxılırdı. Mənim kimi. onunla danışmaq ən yaxşı seçim idi.
- Salam gecə. Mənim adım Fəriddir. 19 il bundan əvvəl sənin bitdiyin bir vaxtda göz açmışam həyata. ə gördüyüm o parıltıdan gözlərim qamaşıb, ağlmaışam, Gecə. Bura gəlməmişdən öncə qaranlıq bir yerdəydim onda. Qaranlığımı almışdılar əlimdən, nə qədər ağlasamda qaytarmadılar onu mənə. İndi tapdım qaranlığımı. Səndə tapdım. Heç kim anlamır məni, Gecə. İnsanlar çox eqoistdir. Ən çoxda ailəmdən uzaq düşmüşəm. Ailəmlə aramda uçurum var, dibi görünməyən uçurum. orada qaranlıqdı, Gecə. Səndən kömək istəyirəm. Məni xilas et. Ətrafımdakılar dünyanı xilas etmək istəyir. İnsanlar dünyadır, Gecə. Dünyanı xilas etmək istəyənlər insanları nəzərə almadan bunu etmək istəyirlər. Sən alma ağacı əkmədən alma yetişdirmək istəyən insan görmüsən? bax onların vəziyyəti belədir bu dəqiqə. Onlara insanları xilas edin deyirəm, onlar mənə dəli deyir. Dəli deyə-deyə məni dəli etdilər,Gecə. Heç bir ağıllı başa düşmür məni. Mənim bircə dərdim var idi, artıq iki olub. Sən sevgi nədir bilirsən? Məndə bilmirdim, öyrəndim. Sevgi cəhənnəmdir, Gecə. Sevgi günəşə toxunsanda üşüməkdir. Üşüyürəm, soyuqdur mənə. Yox, bu sənin soyuqluğun deyil. Bu Günəşimin mənə soyuq davranmasından gələn bir şeydir. Sibir meşələri kimiyəm, Gecə. Soyuq,qarmaqarışıq, tənha... Sən buludların necə gözəl olduğunu məndən yaxşı bilərsən. Amma o buludlar Günəşlə mənim arama girib indi. Səninlə danışmağımın bir səbəbidə budur, Gecə. Səndə Günəşə həsrətsən, məndə. Amma bir fərqimiz var, sən fəsillərə görə qısalır, yada uzanırsan.. Məndə isə hər zaman qışdır.. Günəşim görünmür gözümə, görünsədə çox uzaqda olur, isidə bilmir məni, daha doğrusu isitmək istəmir. Əslində bir neçə gündür səmada yeni bir Günəş peyda olub. Amma oda soyuqdur.. Yəni mən qalaktikalar arasında tək qalmış yeganə planetəm... Bu hər zaman belə olub, hansı qalaktikaya yaxınlaşmışam, ətrafındakı planetlərdən başlarını ayırıb məni görməyib o qalaktikaların Günəşləri. Vərəqlərə tökürəm dərdimi. Qara qələmlə, ağ vərəqi qaralayıram.Çünki qəlbimkimi qara etmək istəyirəm o ağ vərəqidə.Son vaxtlar isə hərflər, sətirlər köməyim olur.
Gecə səssizcə dinləyirdi məni. Danışdıqca rahatlaşırdım, anlayırdım özümü. Və eyni zamanda gözüm qaranlığa öyrəşdikcə pəncərəmdən gördüklərimi ayıra bilirdim yavaş-yavaş. Gecəni tək qoymamaq üçün yenidən onun yanına qayıtdım...
- Gecə, yormadım səni? Dinlə, xahiş edirəm.Bu dəqiqə yeganə tanıdığım sənsən. Ailəmsən sən, Gecə. H, ailəm, məni dinləyirsən, başa düşmədiklərimi aydınlaşdırmağa kömək edirsən, görəbilmədiklərimi yavaş-yavaş göstərirsənmənə, Gecə. Başa düşmürəm, tam hər şey çox gözəlləşən vaxt niyə bir problem qarşıma çıxır? Mən bəxtsizəm, yoxsa Tanrı hər addımımın qarşısını kəsmək üçün çalışır? Niyə yarandığımı, nəyə yaradığımı, nəyin parçası olduğumu bilmirəm. Mən heç bir ağacı bar verməyən bədbəxt bir bağbanam sanki. Gözüm alışır sənə gecə, həyətin küncü ilə yeriyən pişiyidə görürəm artıq. Rəngi qaradı deyəsən, mənim taleyim kimi.. Ətrafımda hər şey qaradır, təsadüfdü bu? mən təsadüflərə inanmıram, Gecə... Yəni yaşadığım heçnə təsadüf ola bilməz... Bir dəfə Günəşlə söhbətimizdə mənə " sən zirvədə olacaqsan" demişdi. O vaxt bu sözü başa düşməmişdim. İndi bilirəmki o zirvə deyəndə verdiyi dərdlərdən qəlbimdə yaranmış dağın zirvəsini nəzərdə tuturmuş. Dağ çəkib qəlbimə, amma bu dağın nə yamacı var, nə də ətəyi. Bu dağın hər yeri zirvədir...
Söhbətimizə fasilə vermək istəməsəmdə, Gecə artıq getməli idi. Bunu nə o istəmirdi, nə də mən. Amma həyatın, kainatın, ən əsası Tanrının qanunları var idi. Və Tanrı qanunları qoyarkən insanların istəklərini nəzərə almayıb. Gecə ilə vidalaşdım. Məni başa düşən, yorulmadan dinləyən yeganə varıq ilə vidalaşdım. Yatağıma girdim, yatdım. Yuxumda heçnə görmədim, sadəcə qaranlıq var idi... və ayaq səsləri eşidilirdi. Və getdikcə uzaqlaşırdı bu səs, sonra qanad səsi eşitdim.. səs yaxınlaşdı, yaxınlaşdı, sağ tərəfimdə dayandı.. Sadəcə arada çırpılırdı qanadlar. Səhər oyananda yazı masamda bir məktub gördüm. Yəqinki yenədə klubdan göndərmişdilər, sabahkı görüşün vaxtını və yerini bildirməli idilər. Hə, düz tapdım.. Ağ zərfi əlimə alanda masada bir zərfdə gördüm. Qapqara bir zərf idi. Üstünə qırmızı hərflərlə nəsə yazılmışdı. Hərflər azərbaycan əlifbasının idi, ama yazılan söz yox. "Apotamkin" yazılmışdı zərfdə. Açdım... İlk sətridə anlamadığım sözlər var idi... Sonra isə məktub başlayırdı. Salam, Fərid. Mən Gündüzəm. Dünən Gecə ilə söhbət etmişdin. Gecə ilə görüşəndəonu kefsiz gördüm. Sənə görə olduğunu dedi. Səni çox istəyib Gecə. Kömək etmək istədi. Mən sənə məktub yazmağı qərara aldım. Söhbətinizi olduğu kimi bilirəm. Günəşin soyuqluğundan danışmısan. Oğul, mənim Günəşim var, soyuqda deyil... Amma buda fəsillərdən asılıdır. Səncə Günəşlə birlikdə olub soyuqluğunu hiss etmək yaxşıdı, yoxsa uzaqdan onu seyr edib, sadəcə görüntüsünü sevmək? Yəni Günəşə fikir verməsən. Səmanda yeni Günəş peyda olub deyirsən, o Günəşləmaraqlan. O səni xoşbəxtliyə aparacaq. Bunu gördüyün yuxuda izah edir. Məktubumun sonunda tam açıqlayacam. Sən sadəcə ətrafındakılarla maraqlan. Uçurumun dibi görünmür demişdin. Aşağı baxmamısan, ona görə. O uçurum deyil, sadəcə torpaq yoldur, get o yolu, yaxınlaş uzaqdakı yaxınlarına. Həyat özəlləşəcək o zaman.
Yuxuna gəldikdə isə. Yuxuda Gecəni görmüsən. Ona görə tam qaranlıq idi. Uzaqlaşan ayaq səsləri səni isitməyən Günəşin ayaq səsləridir. Qanad səsi isə yeni peyda olmuş Günəşdir. O Günəşin qeydinə qal... Özünə yaxşı bax...
Gündüz... 1.500.000-ci İşıq İli. Zülmət ayı. Saat: Gün doğumundan "30 addımlıq yol" qədər üçün lazımlı vaxt sonra...
Gecəyə danışdığım dərdlərimin izahını gündüz versədə mən bircə şeydən əmin idim. Günəş uzaqdan və ya yaxından, fərqi yoxdur, gözəl görünür, əgər səni isidirsə. Və mən səmamda yeni peyda olmuş Günəşin qeydinə qalacam...
Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 240 Bölmə: Sevgi mesajları