Bir payız küçəsi ilə addımlayıram. Saralmış palıd və söyüd yarpaqları ətrafımda uçuşur. Yarpaqlar torpağa düşür və həyatlarını başa vururlar. İndi sən mənə ağacdan düşmüş xəzəl qədər uzaqsan. Həyat küləkləri səni yarpaqlar kimi hara apardı heç bilmirəm. Yarı ilıq, yarı soyuq payız havasını udduqca ətrini aldım payızdan. Artıq bir payızdır ki, uzaqsan məndən. Bəlkə də bundan sonra hər payız sənli günlərimdən ürəyimdə yaranmış bir otağın qapısını açacağam. O otaqda gəzişib sənlə, sənin nəfəsinlə dolu anlarımı xatırlayacağam. Heç gedəndə fikirləşdinmi ki məni kimin və ya nəyin ümidinə buraxırsan? Olmazdımı ki məni də özünlə aparasan??? Səninlə ölməyə də hazır idim. İndi isə sənsiz günlərim yarpaq tək uçur, indi mən sənsiz ölürəm. Söz vermişdin ki həmişə birgə olacayıq, amma ölüm nə idi ki, ölüm aldı səni məndən.. Nə olar sözünün üstündə dur, məni də al öz yanına. Cənnətdə olsa sənsiz bu dünyanı istəmirəm. Artıq dəli kimiyəm. Gördüyüm hər insanın simasında sənin simanı, eşitdiyim hər səsdə sənin gülüşünü axtarıram. Bəlkə də bunların hamısı bu və ya başqa dərəcədə sənin gülüşünü, səsini xatırladır. Amma gördüyüm heç bir gözdə GÖZLƏRİNİ tapmadım. Sənin gözlərin ancaq mənim idi, onlar ancaq mənə baxırdılar. İndi isə bu dünyada ancaq mənə məxsus olan gözlər yoxdur. İndi sən haralardasan, nəcəsən?? İndi o gözlərin necədir?? Qurban olum onları mənimçün saxla. Artıq bu dünyada dura bilmirəm. Yanına gələcəyəm. Gələcəyəm ki sözlərin sübuta yetsin, gələcəyəm ki, görəsən sənsiz olan hər günüm mənə necə baha başa gəlib. Artıq saçlarım da ağarıb... Yoxluğuna alışmadım, sevmədim heç kimsəni... Məni dünyanın xoşbəxtinə çevirən başqa gözlərə rast gəlmədim. Heç kimsə yerini almadı.
Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Sevgi mesajları