Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ozumu Aldatmaq Meni Xosbext Edir Deyesen..

Özümü aldatmaq məni xoşbəxt edir deyəsən. Həqiqətən görməmək,
gözlərimə sıx-sıx pərdələri cəkmək məni xoşbəxt edir. Özümlə üzləşməyə
qorxmaqmı yoxsa hər sevdiyim insanın mənə eyni şeyi eləməsimi canımı incidir?
İnan ki, bilmirəm.

Mə həmişə itirən, Mən həmişə incidilən amma incdilməkdən də qorxmayan tərəf
olduğumu anlayıram. Nə acılar! nə itirilənlər. nə dostluqlar köhnəltdim mən.
Nə sevgilərə vida elədim. ya indi? Ürəyim dözmür buna Yaşadığlarımı qaldırmır
ürəyim! Bəlkə də səhv məndədir. Verilən sözlərə yenidən inanıb ürəyimdə dərin
qalıcı yaralar acmaqlarına icazə verdim. Kimsə də carə tapmadı ümitsizliyimə
və heç kimdə başa düşmədi məni mən kimi. Əslində gözlərimdəki hüznü hamı görürdü.
Elə çətin yollarla başa düşməyə ehtiyyac da yox idi. Biraz icdənlik birazda sevgi bəs idi

Hamı gedirdi. Tək həqiqət bu idi. və o qədər gedənlərdən sonra anama olan inamım
bir dağ qədər böyüyürdü gözümdə. "Hər kəs gedər də bir o getməz" deiyrdim.
amma bax yenə də yanıldım, o da getdi. Həm də bütün o gözəl
xəyallarımızı buraxib getdi.
Əylən, sevin dayanma o sevdiyinə qac...
Bu gün fıtınalar qopur içimdə sənə demək isdədiyim nə çox şey var
əslində. Hansından başlasam? nəydən danışsam? nə desəm bilmirəm.
Sən izzah oluna bilərmisən görəsən...


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi mesajları
loading...