Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevənə Can Fəda, Sevməyənə əlvida!

1. Qadın kölgəyə bənzəyir- arxasınca gedirsən qaçır, qaçırsan arxanca gəlir.

2. Məhəbbət qadınların həyatında roman, kişilərin həyatında epizoddur.

3. Bu gün mənim üçün başqasını tərk edən, sabah başqası üçün məni tərk edər.

4. Zahiri gözəlliyinə aldananlar, həmişə daxili çirkinliyin qurbanı olurlar

5. Yaşamağı-bacaranlar özünə inananlardır.

6. Qadının necə nifrət etdiyini bilmək üçün onu necə sevdiyinizi xatırlayın.

7. Hər gurlayan, ildırım, hər parlayan şimşək deyil. Hər yazı alın yazısı, hər əlçatmaz fələk deyil.

8. Əgər hadisələrin gedişatını dəyişə bilmirsənsə, o hadisəyə münasibətini dəyiş.

9. Çıxdığın təpə nə qədər hündür olarsa atdıgın daş da bir o qədər uzaq gedər.

10. Insan bədbəxtliyinin əsas səbəbi onun xilas ola bilmədiyi ehtiraslardadır...

11. Azadlıq ifrat dərəcəsinə çatdıgda özbaşınalıga çevrilir.

12. Dostum düşmənimdi. Çünki ən zəif nöqtələrdən vurmağı da o bilir.

13. Özünə ucuz həyat axtarandan miskin adam tanımıram.

14. Kim qabağa getmirsə demək geri gedir, çünki həyatda durğun vəziyyət yoxdur.

15. Gözlər bir şey, dil başqa şey deyəndə təcrübəli adam birinciyə daha çox inanar.

16. İnsanın heyvandan iki ən böyük fərqi həm danışa, həm də yalan uydura bilməsidi.

17. Heç kəsi bəyənməyən insan heç kəsin bəyənmədiyi insandan qat-qat bədbəxtdir.

18. Şan şöhrətini itirsən də ümidini itirmə. Günəş hər gün batır amma ertəsi gün yenidən doğur.

19. Başımızın üstünü qara buludlar alanda, bu buludların arxasında bizi günəşli günlərin gözləyə biləcəyini unutmayaq.

20. Xoşbəxt ola bilmək üçün xüsusi şərtlər lazım deyil, xoşbəxtlik insanın ruhi vəziyyəti ilə bağlıdır.

21. Bəziləri gülün tikanı var diyə gileylənirlər. Amma məncə tikanın gülü var deyib sevinmək lazımdır.

22. Bəzən həyatda qibtə etdiyimiz insan da ruhən sizə ehtiyac duya bilər.

23. Gedənə qal deməzlər. Gedənə qal demək yazıqlara, qalana get demək tərbiyəsizlərə, dönməyənə dön demək acizlərə yaraşır.

24. Sevənə can fəda! Sevməyənə əlvida !

25. Heç vaxt üzməsin səni qarşılıqsız sevgilər,
qəlbinə daş bas ağrılar bir gün dinər.
Gedən getsin aldırma, yanğınlar bir gün sönər.
Heç vaxt dönüb baxma ardına, çünki krallar öndə gedər.

26. Insanlara nifrət edərək çox vaxt itiririk.

27. Axmaqcasına çiyinlərini zərbə altına verənləri,həyat əzir.

28. Gedənə yol ver ki, gələcəklərə yer olsun.

29. Əgər bir qadın yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç bir şey yoxdur.

30. Qadınlar bütün dünyada ikinci sinif yaradılış olarak görülürlər, amma dünyanı bir arada tutanlar da onlardır.


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Sevgi mesajları
loading...