Bir xəyalım vardı mənim əslində,
Hər gecə yatağıma yatdığımda arzuladığım bir xəyalım,
Başımı yasdığa qoyduğum o an gözümün qarşısından silinməyən xəyalım.
Sənin bir neçə dəqiqə içində yerdən yerə vurduğun o təmiz xəyalım.
Rəngarəng ümidlər buraxarkən ovuclarına arzuladığım xəyalım vardı mənim.
Özümdən belə saxladığım sirrlərim vardı mənim,
Səni sevdiyim gerçəyini yalanladığım vardı həmişə.
Yağan yağış dənələrinin altında qışqırmaq istədiklərim vardı insanlara,
" Bəli, Bəli Sevirəm öyrəndiniz " demək kimi məsələn.
Bilərsənmi sən ən mavi səmanın qaranlığını,
Bəndəki də sual işdə, haradan belə bilərsən ki sən!
Sən sevənin ürəyindəki duyğuları necə hiss edə bilərsən ki!
Bu oyunun qaydalarını qoyan sənsən mənsə yalnız bi PİYADA.
Soruşmadan dayana bilməyəcəyəm,
Gecənin içindəki səssizlikdən gələn dərin səsləri duya bildinmi heç ?
Səhər oyandığında məsələn quşların sənə pıçıldadıqları səsləri duya bildinmi heç sən,
Heç səni sevən bir ürəyin hiss etdiklərini hiss edə bildinmi?
Hiss edə bilməzsən!
Çünki sən mənim kimi səni sevdiyim kimi ürəkdən sevə bilməzsən.
İndi söylə baxaq ürəyimdə AĞRINI hiss edə bilirsənmi?
Gözlərimdə sənin üçün böyütdüyüm SEVDAnı görə bilirsənmi
Amma sən kimi ola bilmirəm mən yenə də.
Nə oldu mənə belə. Niyə müqavimət göstərirəm...
Niyə başqa əlləri tutmuram...
Göz yaşlarımı niyə quruda bilmirəm...
Hər gecə yatağa yatdığımda niyə islanır yasdığım...
Niyə çıxmırsan ağlımdan...
Niyə yata bilmirəm gecələr...
Mahnıları dinləmək niyə yandırır ürəyimi...
Hər kəs gülərkən mən niyə ağlayıram..
Niyə bu həsrət beləsinə mərhəmətsizcə yandırır canımı...
Niyə susdura bilmirəm içimdəki qışqırıqları...
Niyə ürəyim, beynimə hökm etməyə çalışır...
Niyə mən məntiqimlə ürəyim arasında döyüş verirəm...
Və mən beləsinə yıxılarkən sən niyə bir dəfə olsun görmürsən məni...
Niyə getməmə icazə verirsən həyatından...
Sözlərin çatmadığı yerdə susqunluğa bürünürəm...
Susqunluğum ürəyimdə qışqırıqlar təyin edərkən mən yenə də eşqə müqavimət göstərirəm... Və sən get deyirsən...!
Kiçik bir ümid belə vermirsən mənə...
Və mən gedə bilmirəm...
Niyə məni istəməyən sənə xeyr belə deyə bilmirəm...
Adını qoya bilmirəm bu sevginin...!!
Bəlkə heç sevmədin məni sevdiyini sandın bəlkə də...!
Bəlkə sənin üçün keçici bir HƏVƏSdim...!
Bəlkə də mənim yerimi dolduracaq başqa bir eşq çıxdı qarşına...!
Halbuki mən, sənin məndən bu cür uzaqlaşmağını təmin edəcək heç bir şey etmədim...
Vaxtım belə olmadı səni özümdən uzaqlaşdırmağa...
Sən, vidalaşmağa belə zaman buraxmadan gedərkən indi beləcə səssizdən yenə mənə baxmalar qaldı ardınca
Adını qoya bilmədim amma çox sonra anladım ki məndən, HƏVƏSini çoxdan götürmüşdün..
Söyləmək istəyib söyləyə bilmədiyin gizlətdiyin gerçəklərin olduğu vaxtda..
Sənin gözündə özümü həmişə bir HƏVƏSimişim kimi hiss edəcəyəm....!
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi mesajları