QOŞULUB QAÇMAQ-
-Röyada sevdiyinizlə bərabər qoşulub qaçmaq-həyat yoldaşı sevdiyiniz adam bəyəniləcək və quracağını ailə həyatında birlikdə xoşbəxt olacaqsınız. Gizlicə qoşulub qaçan qoşa sevgiliyə yoldaşlıq etmək-bəziləri öz şəxsi problemlərini yoluna qoymaqdan ötrü sizinlə yaxınlaşacaq. Məsləhət üçün sizə yanaşacaqlar. Böyüklərin icazəsi olmadan qoşulub qaçan sevgililər barədə qəzet və ya məcmuələrdən xəbər oxumaq-bir toplantıya, əyləncəyə dəvət ediləcəksiniz və o əyləncənin sizin üçün əhəmiyyətli sonucları (nəticələri) olacaqdır.
Tarix: 12.04.2014 / 15:16 Müəllif: Ebulfez Baxılıb: 84 Bölmə: Q hərfi
loading...