Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HPV uşaqların danışmağa gec başlamasına səbəb olur

Cinsi yolla yoluxan və qadınlarda uşaqlıq boynu xərçənginə səbəb olan HPV (insan papilloma virusu) uşaqların səs telini infeksiyalaşdıraraq danışmağa gec yaşda başlamalarına səbəb olur. Xəstəlik irəlilədikdə, hətta tənəffüs çatışmazlığı da meydana çıxa bilər. Mütəxəssislər bu halda ən uyğun müalicə üsulunun lazerlə cərrahi əməliyyat olduğunu deyir. Əməliyyatdan üç gün sonra danışıq qabiliyyəti bərpa olunur, lakin xəstə düzgün müşahidə altında olmadıqda yenə itirilə bilər.


HPV uşaqlara adətən tənəffüs yolu ilə keçir. Lakin əgər ana HPV virusu daşıyıcısıdırsa, doğuş zamanı da uşağın yoluxması baş verə bilər.
HPV qırtlaqda səs telləri nahiyəsində gül kələminə bənzəyən bir kütlə əmələ gətirir. Həmin kütlə səs tellərini sıxaraq səs batıqlığı yaradır, bəzən isə hətta tənəffüsü də çətinləşdirir. Diaqnoz endoskopik müayinə ilə qoyulur. Bu xəstəliyə görə üç yaşına qədər danışa bilməmiş uşaqlar vardır. Xəstəlik ibtidai siniflərdə uşaqların dərslərindən geri qalmasına, yaşıdlarından uzaqlaşmasına gətirib çıxarır. HPV olduqca geniş yayılmış bir virusdur və qadınlar hamilə olduqlarında bu virusun daşıyıcısı olduqlarını bilmədən doğuş kanalından körpələrinə yoluxdururlar. Sonra isə uşağın danışa bilməməsinin səbəbi naməlum qalır.
Xəstəliyin müalicəsində tətbiq olunan lazerlə cərrahi əməliyyat tamamilə qansız icra olunur və uşaqlara heç bir zərərli təsir göstərmir. Əməliyyat 45 dəqiqə ilə iki saat arasında bir müddət ərzində başa çatır. elə həmin gün də xəstə evə yola salınır. Üç gün səs telləri istirahətdə saxlanılır. Bundan sonra uşaq danışmağa başlayır.


Tarix: 07.01.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: QİÇS/HİV/AİDS
loading...