Yuxuda pul tapmısınızsa, bu, xırda narahatlıqlara, lakin böyük xoşbəxtliyə işarədir. Pul vermək uğursuzluqdur. Qızıl almaq böyük perspektivlər və sevincə işarədir. Pul itirmək o deməkdir ki, siz evinizdə bədbəxt anlar yaşayırsınız və sizi xoşagəlməz anlar gözləyir. Öz pullarını saymaq və çatışmazlıq görmək o deməkdir ki, sizin ödəmələrlə bağlı problemləriniz yaranacaq. Yuxuda pul oğurlamaq o deməkdir ki, siz həyatda təhlükədəsiniz və öz hərəkətlərinizə diqqət yetirməlisiniz. Yuxuda pula qənaət etmək zənginlik və rifaha işarədir. Yuxuda pul udmaq həyatda sizdə tamahkarlıq oyandığına işarədir. Böyük miqdarda pul saymaq o deməkdir ki, xoşbəxtlik və zənginlik sizin öz əlinizdədir. Yuxuda bir dəstə pul yığmısınız, lakin gənc qadın pulun ona məxsus olduğunu iddia edirsə, bu o deməkdir ki, sizi işdə sizə çox yaxın adamın vasitəsilə itkilər gözləyir. Yuxuda xırda qəpiklər görmək işlərdə narazılığa işarədir. İşlərinizdə sizi xoşagəlməz hadisələr gözləyir, dostlarınız və yaxınlarınız onlara qarşı kifayət qədər diqqətli olmadığınızdan şikayətlənəcək. Xırda pullar itirmək özünüzə və uğursuzluğa etinasız yanaşdığınıza işarədir. Əgər yuxuda pul tapmısınızsa bu yaxşı əlamətdir. Yuxuda pulu borc almısınızsa, bu ikitərəfli vəziyyətə işarədir: siz başqalarına olduğunuzdan yaxşı görünəcəksiniz, lakin bu sizə məmnunluq gətirməyəcək. Özgə pullarını xərcləmək o deməkdir ki, sisi kiçik bir yalan üstündə tutacaqlar və siz dostunuzu itirəcəksiniz. Əgər yuxuda qəpik sayırsınızsa bu o deməkdir ki, siz praktik və qənaətcil olacaqsınız. Saxta pullar yaxşı əlamət deyil. Borc pul istəmək yeni qayğıların yaranmasına işarədir.
—
Yuxuda pulu itirə, ala və xərcləyə bilərsiniz.Pul haqqında yuxular real olaraq qüvvə, başqaları üzərində nəzarət və səriştəlilik əlamətidir. Beləliklə, yuxunu görməyə təhrik edən əsas element ticari-pul münasibətlərində iştirak edən insanlara qarşı daha diqqətli olmaqdır Yuxuda pul görən bir çox insanların həyatı puldan asılıdır, onlar pul çatışmazlığından daim şikayətlənirlər və pullarla bağlı özlərinə nəzarət etməyi bacarmırlar. Yuxuda pul almısınızsa, kimdən pul aldığınızı və bunun hansı şərtlərdə baş verdiyini xatırlayın. Ola bilsin ki, bu yuxu xoşbəxtlik əlamətidir.Belə vəziyyətdə pul almaq emosional hisslərin yüksəlişi və ya bunun vasitəsilə münasibətlərin nizama salınmasına işarədir. Yuxuda zəngin olduğunuzu və pullarınızı ətrafdakılara payladığınızı görə bilərsiniz.Belə yuxu tez-tez başqalarına xeyirxahlıq göstərmək əlaməti sayıla bilər.Səbəbsiz olaraq pul itkisi özünüzü idarə edə bilmədiyinizə işarədir. Bu, həm pul, həm də emosional ehtiyatlarınızı həddindən artıq xərcləməkdən özünüzü çəkindirə bilməmək bacarığınız ola bilər. Pulun sizin həyatınıza təsirini necə qiymətləndirirsiniz? Bir çox ailələrdə pul hakimiyyət, nüfuz göstəricisi, nəzarət əlaməti kimi sayılır.
—
Yuxuda pul tapmaq ətrafdakılardan kiminsə sizə qarşı böyük fitnə hazırlamasından xəbər verir. Özgə əşyalarını, hətta onlar xəlvət yerdə baxımsız qalsalar belə götürməyin. Murdar adamlar məhz onlar vasitəsilə yaxşı, mömin adamlara cadu edirlər. Yuxuda pul aldığınızı görürsünüzsə ətrafdakı adamlar sizi həyatın ən çətin anlarında kömək etməyə hazır olan səxavətli, rəhmli adam kimi gördükləri deməkdir. Cırıq pul görmək pis əlamətdir. Cırıq pullar, dilənçiliyi, aclıq və qarəti simvolizə edir. Ola bilsin gələcəkdə evinizə edilən quldur basqını nəticəsində özünüzün bütün əmanətlərinizi itirəcəksiniz. Yuxuda pul saymaq həyatda çox xırdaçı adam olduğunuzu göstərir. Siz pula oaln münasibətinizə yenidən baxmalısınız,axı onlar heç vaxt insan münasibətlərini əvəz etmirlər. Yuxuda kiməsə pul uzatmaq tezliklə başladığınız işi uğurla başa vurmaq üçün sizdən çoxlu vəsait tələb olunacaq.
Tarix: 30.03.2014 / 20:41 Müəllif: Ebulfez Baxılıb: 257 Bölmə: P hərfi