Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ala Gözlüm

Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızıl güllər hər səhər
Tezdən acır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmən saçını yolur, neyləyim?


Əsən rüzgarın da yoxdur vəfası
Düşmüşdür başına özgə sevdası.
Lalənin cırılıb qəmdən yaxası
Saçları pərişan olur, neyləyim?

Bəlkə tez gələsən, əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən-
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır neyləyim


Tarix: 19.11.2013 / 03:56 Müəllif: Akhundoff Baxılıb: 139 Bölmə: Nigar Rəfibəyli
loading...