Əbudüləfilər sülaləsi
Əbudüləfilər adına ilk dəfə IX – X əsr ərəb müəlliflərinin - Bəlazuri, Təbəri, İbn ən-Nədim və başqalarının əsərlərində təsadüf edilir. Həmin mənbələrdə qeyd edilir ki, IX əsrdə ərəb xilafəti qoşununa başçılıq edən sərkərdələrdən biri əl-Qasim ibn İsa əl-İcli Əbu Düləf olmuşdur. Mənbələrdə həm də şair kimi tanınan bu şəxs Abbasilərin hakimiyyəti dövründə (IX əsrin I rübündə) Ərəb Xilafətinin şimal vilayətlərinə köçən və bu yerlərdə məskunlaşan ərəb nəsillərinin birindən idi. Təbəri “Əbu Düləfin başçılığı altında olan könüllülər”in Babəkə qarşı vuruşan ərəblərə qoşulub Bəzz qalasının alınmasında iştirak etməsi haqqında məlumat verir.
Tarix: 08.01.2015 / 02:47 Müəllif: Feriska Baxılıb: 15 Bölmə: Naxçıvanşahlıq
loading...