Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyata İstiqamət Verən Sözlər

1- Düşünmədən deyilən söz, nişan almadan tüfəng atan ovçuya bənzər.
2- Külək şamı söndürər, yanğını alovlandırar.
3- İnsanın həyatı, insanın xəyalıdır.
4- Sizə nə edəcəyinizi söyləyə bilərlər, amma nə düşünəcəyinizi əsla.
5- Heç bir zəfərə çiçəkli yollardan gedilməz.
6- Qorxaqlar əcəlləri gəlmədən bir neçə dəfə ölərlər. Cəsurlar ölümü bir dəfə dadarlar.
7- Yaxşı yaşamaq deyil, yaşamağı yaxşı bitirmək. Əsl xoşbəxtlik budur.
8- İnsanlar səhvlərini xoşbəxtkən deyil, ancaq bədbəxtkən anlar.
9- Həyatda ən mənalı söz "BİZ", ən mənasız söz isə "MƏN" dir...
10- Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər.
11- Heç kim müvəffəqiyyət nərdivanlarını, əlləri cibində dırmaşmamışdır.
12- Heç bir zaman çıxdığın qapını sürətlə çarpma, geri dönmək istəyə bilərsən.
13- Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər.
14- İnsan atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman başa düşər.
15- Ümid, oyanıq insanın yuxusudur.
16- Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıllı və fəzilət sahibi adamlarının sayı ilə müəyyən olar.
17- Ağıllı adam ağılını istifadə edər. Daha ağıllı adam başqalarının da ağılını istifadə edər.
18- İnsan nə söylədiyini bilməli, lakin hər bildiyini söyləməməlidir.
19- Ümidini itirmiş olanın başqa itirəcək bir şeyi yoxdur.
20- Eqoist insanların başqalarını sevə bilmədikləri doğrudur, amma onlar özlərini də sevə bilməzlər.
21- Müvəffəqiyyət, hər gün toplanan kiçik səylərin təkrarıdır.
22- Zəfər ona həqiqətən inananın olar.
23- Nə axtardığını bilməyən, tapdığını anlaya bilməz.
24- Dağ nə qədər uca olsa, yol üstündən aşar.
25- Kiçik şeylərə lazım olduğundan çox əhəmiyyət verənlər, əlindən böyük işlər gəlməyənlərdir.


Tarix: 17.12.2014 / 13:20 Müəllif: Aziza Baxılıb: 401 Bölmə: Maraqli statuslar
loading...