Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonsuzluğa uzanan ildönümünə
Sonsuzluğa uzanan ildönümünə

Ərin, oğlun, qardaşın «öldüsə»
günlərin bir günü,
şübhən olmasın öləcəyinə.

Üzüldüm atəşböcəyi olmaqdan.
Üzüldüm odla oynamaqdan.
Üzüldüm göylərə alçalmaqdan…

Əlini çək yaxamdan,
çəkilib yalnızlığıma
«gedirəm» soyu qırılan məmləkətdən.

Yaxının, uzağın,
küskün yalquzağın kimi
«gedirəm» səndən, Xocalı!
O dağı aşmaq olar.
Bu da mənəm!
Buda, mənəm!!!


Tarix: 04.06.2015 / 17:40 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Məlahət Yusifqızı
loading...