Üzüyümün Qaşı Firuzədəndir – Lütfiyar İmanov
Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır bu gün, nədəndir
Yaman gündə dost əlindən bərk yapış
Dünyanın həvəsi keçib gedəndir
Bizim bağlar, çöllər xoş bir tamaşa
Sonalar göllərdə gəzərlər qoşa
Necə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz vurarıq başa
Bulud gələr, çiskin çilər, çən eylər
Yar yarından ayrı düşsə qəm eylər
Sevgilimdən necə qalım aralı
Bir baxışla qəlbə yüz məlhəm eylər
Tarix: 22.01.2015 / 18:30 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Lütfiyar İmanov
loading...