Qurtuluş – hər birimizin həyatda qarşılaşdığımız hadisələrdən biridir.Ailə həyatı, iş və ya digər sahələrdən asılı olmayaraq bəzən hər hansı vəziyyətdən ən yaxşı çıxış yolu həmin sahədən birdəfəlik getməkdir.Faktiki olaraq həyatda hər birimiz bütün mülkiyyətimiz (maddi və mənəvi) və dünyanın hər hansı bir nöqtəsinə uçuş bileti arasında seçim edirik. Lakin çıxıb getmək ömürlük qurtuluşa, getməyə işarə deyil. Ən azından ona görə gedirsiniz ki, artıq mürəkkəbləşmiş vəziyyətdə nəyisə davam etdirmək iqtidarında olmadığınızı görürsünüz. Tərk etmək ən yaxşı çıxış yollarından biridir.Gedən adam qarşılaşacağı çətinliklərin öhdəsindən gələ bilməyəcəyi üçün mübarizə aparmayaraq həmin problemdən sadəcə qurtulmağa üstünlük verir. Qurtuluş haqqında yuxular bizə real həyatda emosional münaqişələrə işarədir. Tez-tez həyatda bu və ya digər vəziyyətdən çıxış yolunu tapmaq üçün tərk etmək və qaçmaqda görürük. Lakin yuxuda getmək faktı bu problemin həllindən xəbər verir. Hər birimizin problemin həlli üçün bu və ya digər variantları var, bizim nöqteyi-nəzərimizdən mümkün ola bilən və bilməyən versiyalar var.Yuxuda belə variantların sayı daha çoxdur. Qurtulmaq istəyərək tərk etdiyiniz sahə əvvəllər önəm vermədiyiniz problemin həlli üçün təkan ola bilər. Məsələn, əgər işdən getmək haqqında yuxu görmüsünüzsə, onda növbəti addım sizin üçün daha qəbul olunan görünən peşəkar sahəyə işarə ola bilər. Yuxuda ailəni tərk etmisinizsə, bu, həyatda yaxınlarınızdan qısamüddətli istirahət etmək istədiyinizə işarədir.Bunun onlarla faktiki ayrılığınıza heç bir aidiyyatı yoxdur, hər şeydən əvvəl, bu müəyyən stereotiplərdən imtina etməli və yeni qərarlar tapmalı olduğunuza işarədir.
Tarix: 01.01.2014 / 15:27 Müəllif: Ebulfez Baxılıb: 128 Bölmə: G hərfi