Qoç - təhsil, habelə bilik və təcrübə
əldə etmək üçün yaxşı gündür. Yeni
informasiyanı sürətlə əxz
edəcəksiniz. Faydalı məlumatların
əldə edilməsi ilə bağlı problemlər
yaranmayacaq. Qəfil təklif ala
bilərsiniz. Həmin təklif sizi
yaşamınızda nəyisə köklü şəkildə
dəyişməyə sövq edə bilər.
Maliyyə məsələləri baxımından
əlverişli zamandır.
Günün ikinci yarısında həddən artıq
çalışaraq özünüzü yormayın.
Yorğunluq səhhətinizə pis təsir
edərək xroniki ağrıları "oyada"
bilər.
Səfərdə və ya yolda mənasız riskə
getməyin. Macəra və sərgüzəşt
aramayın.
Buğa - yeni işlərə başlamaq olar. Bir
şərtlə ki, aramla, tələsmədən,
düşünülmüş şəkildə hərəkət edərək
ehtiyatlı davranasınız. Yaşlı
qohumlar və ya təcrübəli dostların
məsləhətlərinə ehtiyacınız var.
Onların sayəsində ciddi səhvdən
qoruna bilərsiniz. Maliyyə
məsələləri ilə bağlı qərarlar
verməyin.
Günün ikinci yarısında səhhətdə
problemin yaranması riski var.
Zökəm və ya soyuqdəymə istisna
olunmadığından profilaktiki
tədbirlərə əl atın. Uzun gəzinti,
yorucu fiziki iş məsləhət deyil.
Əkizlər - gün uğurlu alınacaq. Yeni
işlərdə irəliləyişlərə nail ola
bilərsiniz. Şərtlər əlverişlidir. Yaxın
ətrafınızdakı insanlarla
münasibətlərdə kiçik
anlaşılmazlıqla r yarana bilər. Sərt
iradlar və aqressiv tənqidlərə
varmayın.
Kiçik maliyə itkiləri ola bilər.
Günün ikinci yarısında fiziki işdə
xeyir var. Özünüzü gümrah hiss
edəcəksiniz. Çözümü mühüm olan
problemin həllini tapacaqsınız.
Gəlirlər azdır. Alış-verişdə
bədxərclik etməyin.
Xərçəng - günün ilk yarısında
önəmli görüş ola bilər. Diqqətli və
sayıq daranmasanız, nəticə
ürəkaçan olmayacaq. Yeni
tanışlarda özünüzlə bağlı xoş rəy
yaranır. İndiyədək sizə fikir
verməyən insanda bu gün maraq
yarada bilərsiniz.
Mebel, interyer əşyaları, məişət
texnikası almaq üçün yaxşı gündür.
Günün ikinci yarısında yüngül
ağrılar və kiçik travmalar ola bilər.
Özünüzü qoruyun. Uzaq səfər,
uzunmüddətli səyahət
planlaşdırmayın . Belə macəra sizə
neqativ emosiyalar verəcək.
Axşam saatlarında gəlir və ya
qiymətli hədiyyə istisna deyil.
Şir - risk etmək olar. Uğursuzluq
ehtimalı azdır. Ünsiyyət çevrəsi
genişlənəcək, sizə faydalı ola
biləcək adamlarla qarşılaşacaq və
ya tanış olacaqsınız. Yeni romantik
münasibət yaranarsa, harmonik
olacaq, sizi sevindirəcək.
Ailə üzvlərinin qayğısına qalın.
Maliyyə durumu o qədər də yaxşı
deyil. Pullar azdır və onları əldə
etməyin yollarını bilmirsiniz. İzafi
xərclərə yol verməyin. Nəzərdə
tutduğunuz alış-verişi ertələyin.
Qız - gün kiçik çətinliklər və
anlaşılmazlıqla rdan xali olmasa da,
ümumən pis deyil. Etibarlı dostlar
və yaxınlarınız yardımlarını
əsirgəməyəcəklə r. Xelyi pozitiv
emosiya alacaqsınız.
Başladığınız işi əsla yarımçıq
qoymayın.
Sevdiyiniz insanla münasibətlərdə
həssas olun. Münaqişəyə rəvac
verməyin.
Səhhətinizin qeydinə qalın.
İmiclə eksperimentlər etmək olar.
Tarix: 02.03.2014 / 13:45 Müəllif: ADMIN Baxılıb: 360 Bölmə: Gündəlik Ulduz Falı