Formalı paltar haqqında yuxu – bir qayda olaraq özünü dərk etmək barədə yuxudur. Paltar vasitəsilə obraza uyğun gəlmək mədəniyyətin gizli qaydalarından biridir və çox vaxt qarderobumuzun bir hissəsini müəyyən rollar üçün formalı paltarlar təşkil edir. Belə yuxularda paltarın rəsmi olması və ya bir çox adamlarda eyni paltarın olması əhəmiyyət kəsb etmir. Əyninizdə formalı paltar varsa və digər insanlar da bu cür paltar geyinibsə, onda fikirləşin ki, yanınızda kim var və sizi nə birləşdirir? Siz formalı paltardasınızsa, başqaları isə deyilsə, bu o deməkdir ki, siz özünüzü başqalarına münasibətdə vicdanlı hesab edirsiniz, onlar isə sizi kifayət qədər qiymətləndirə bilmir. 24 yaşlı kişi öz yuxusunu danışır: Mən hərbi-dəniz donanmasında xidmət edirəm. Mən hazırlıq keçməmişəm.Gəmidə yeganə formalı paltarım yay üçün, ağ rəngli paltardır.Əhatəmdəki adamlar göy formalı paltardadır və gəmidə hamı lazım olduğu kimi hərəkət etmir. Bu adam- kollecin tələbəsi hərbi-dəniz donanmasında zabit rütbəsinin alınmasını götür-qoy edib. O, çox həyəcanlıdır, qərar verməkdə çətinlik çəkir. Yuxu onun narahatlığını əks etdirir və vəziyyəti təfərrüatı ilə öyrənməyin vacibliyini göstərir. Formalı paltar həmçinin hakimiyyət rəmzi ola bilər. Formalı paltar geyinən adama diqqət yetirin.
Tarix: 01.01.2014 / 14:08 Müəllif: Ebulfez Baxılıb: 182 Bölmə: F hərfi