Məhəbbət payım – Elnarə
Düşəndə yadıma sənli günlərim
Sinəmdə həsrətdən ocaq qalanır.
Başlanır dumanlı çənli günlərim
Ömrümə qəmli bir ömür calanır.
Xəyalım dolanır başımda mənim
Səni harda gəzim harda arayım?
Bu sevib sevilən yaşımda mənim
Tanrıdan budurmu məhəbbət payim?
Getdin gözlərində qəmli baxışlar
Mənimlə danışıb gülməyəcəksən…
Bəlkə gələcəksən yağan yağışla
Bəlkə də heç zaman gəlməyəcəksən
Xəyalım dolanır başımda mənim
Səni harda gəzim harda arayım?
Bu sevib sevilən yaşımda mənim
Tanrıdan budurmu məhəbbət payim?
Tarix: 22.01.2015 / 18:04 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Elnarə
loading...