Qizil gül oyum-oyum
Dərim sinəmə qoyum
Yağış yağarş yer doymaz
Mən səndən necə doyum
Özü bir gül, sözü bülbül,
Saçı sünbül, gül oğlan!
Dür gəl, mən sənə qurban!
Ay çal papaq, boz çoxa,
Çit arxalıq, gül oğlan
Atını yan çək, top qara birçək,
Hamıdan göyçək, gül oğlan.
Bu dağdan açmaq olmaz,
Narıncı başmaq olmaz,
Bir cüt öpüşdən ötür
Yarla savaşmaq olmaz
Özü bir gül, sözü bülbül,
Saçı sünbül, gül oğlan!
Dür gəl, mən sənə qurban!
Ay çal papaq, boz çoxa,
Çit arxalıq, gül oğlan
Atını yan çək, top qara birçək,
Hamıdan göyçək, gül oğlan.
Evləri kün dələn yar
Bizə gül göndərən yar
Gülüm yarpıza dönsün
Məndən üz döndərən yar
Özü bir gül, sözü bülbül,
Saçı sünbül, gül oğlan!
Dür gəl, mən sənə qurban!
Ay çal papaq, boz çoxa,
Çit arxalıq, gül oğlan
Atını yan çək, top qara birçək,
Hamıdan göyçək, gül oğlan.
Alma versəm almazsan
Sən almadan qalmazsan
Hansı bağın gülü sən
İylədikcə solmazsan
Özü bir gül, sözü bülbül,
Saçı sünbül, gül oğlan!
Dür gəl, mən sənə qurban!
Ay çal papaq, boz çoxa,
Çit arxalıq, gül oğlan
Atını yan çək, top qara birçək,
Hamıdan göyçək, gül oğlan.
Tarix: 22.01.2015 / 18:00 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Davud Məmmədbəyov