Ancaq sovet xüsusi xidmət orqanları təqibləri davam etdirmişdir. Bu təqiblərə baxmayaraq, Dadaş Həsənov və onun silahdaşları silahlı üsyana hazırlığı davam etdirmişdirlər. Bunun üçün o mühacirətdəki musavatçılarla sıx əlaqə saxlamış, oradan təbliğat xarakterli ədəbiyyat və vərəqələr almışdır. Bundan sonra Azərbaycanın bütün bölgələrində təbliğat işi aparılmışdır. Gizli müqavimət təşkilatın fəalları Qızıl Ordunun hissələrində belə təbliğat aparmış, əsgərləri öz tərəfinə çəkməyə cəhdlər etmişdirlər.
Üsyanı qürcülərlə birlikdə həyata keşirmək planlaşdırılmışdır. Öncə üsyan Gürcüstanda başlamalı, sonra isə Azərbaycana yayılmalı idi. Ancaq Gürcüstanda 1924-cü ilin avqust ayında qiyam başlasa da uğursuzluqla nəticələndi. Orada üsyançılar bir neçə gün ərzində Qırmızı Ordu tərəfindən məğlub edildi. Ona görə də Azərbaycanda silahlı müqavimətə başlamaq imkansız oldu.
Bundan sonra 1925 - 1926 illərdə Müsavat partiyasının gizli təşkilatı öz sıralarını möhkəmləndirmək və imkan düsəndə yeni üsyan hazırlamaq işi ilə məşğul olmuşdurlar. Bu zaman Azərbbaycanın müxtəlif bölgələrində müsavatçıların gizli toplantıları keçirilmiş, təbliğat aparılmışdır. Bu işlərə də Dadaş Həsənov rəhbərlik etmişdir.
Tarix: 08.01.2015 / 00:12 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Dadaş Həsənov