Mən özgənin deyiləm, yalnız səninəm – Brilliant Dadaşova
Ayrı yaşasaq da, səninləyəm canım
Yenə əvvəlki kimi sevirəm səni,
Mən özgənin deyiləm, yalnız səninəm!
Həsrətin yandırır qəlbimi hər an,
Hicranın eyləyib bağrımıviran
Bizi ayırsa da vəfasız dövran
Mən özgənin deyil, yalnız səıninəm
Saldıqca yadıma səni hər gecə,
Göz yaşım qəlbimə axır hər gecə
Mən özgənin deyil, yalnız səninəm
Sənli günlərimi unudum necə?
Mən özgənin deyil, yalnız səninəm…
Qəlbimiz bir vurur, ayrılıb yollar,
Boş qalıb boynuna sarılan qollar,
İnna mənə, gülüm, nə olar..
Mən özgənin deyiləm, yalnız səninəm!
Tarix: 22.01.2015 / 17:57 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Brilliant Dadaşova
loading...