Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qapılar...
Qapılar...

Dil lal, gözleri kordur, qulağı kar qapılar
Özü gen olsa da istəklər üçün dar, qapılar.

Çözülür müşgülümüz rəsmi otaqlarda, fəqət
Üzünü haqlı təmənnalara bağlar, qapılar.

Sahibin vaxtı əgər yox isə bədbəxtlər üçün
Elə kandarda onun köksünü dağlar, qapılar.

Qapıdan incə təbəssümlə və arzularla girib
Çölə ağlar çıxanın halına ağlar, qapılar.

Nə bilək gizli otaqlardakı həngamələri,
Bizə naməlum olan sirrləri saxlar qapılar.

Qapılardan qovulan boynu bükük bəndələrin
Ahı dəhşətli olur, ah ilə laxlar qapılar.


Tarix: 01.06.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 210 Bölmə: Bəxtiyar Vahabzadə
loading...