![Özümdən narazıyam...](https://haqqinda.az/beyazfiles/images/1433137870.jpg)
Özümdən narazıyam...
![Özümdən narazıyam...](https://haqqinda.az/beyazfiles/images/1433137870.jpg)
Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min rəngli nəğməsi var.
Bu arzular, bu nəğmələr,
Bu səslər bir sa kimi-
Mənim solğun sözlərimdə
Heç dil açı bildimi?
Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndər əvvəl doğlubdur
Sinəmdəki duyğular.
Səhv atılan addımları
Sonradan anlayıram;
Baxıb vicdan güzgüsünə,
Özümü danlayıram.
Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız
Mən sizlə döyüşdükcə
Gün-gündən çoxaldınız.
Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən;
Narahatam, narızıyam
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının
Qırıq telli sazıyam;
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.
Tarix: 01.06.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Bəxtiyar Vahabzadə
loading...