Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaraqoyunlular və Ağqoyunlular dövrü - vergi

XV əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin mövcud olduğu bir dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət mövcud idi və bu ağır vergi sitemi əhalini əzirdi. Məlcahət (və ya bəhrə) əsas vergi olmuşdur. Uzun Həsənin Qanunnaməsinə əsasən bəhrə əldə edilən məhsulun 1/5 hissəsini təşkil etmişdir. Kəndlilər istifadə olunmuş suyun müqabilində də bəhrə vergisi ödəyirdilər. Hərbiçilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu ixracat adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına toplanan vergilər şiltaqat arlanırdı. Kəndlilər feodal ziyafətlərinin təşkilinin ağırlığını çəkirdilər (şilənbəha, süfəbəha və b. mükəlləfiyyətlər). Yerli inzibati-polis məmurunun (dərucəki), vergiyığan məmurların (mümayizane), ruhani başçıların (rəsm əl-vüzarə) xeyrinə toplanan vergilər mövcud idi. Maldarlardan çobanbəyi vergisi alınırdı. Məcburi bəxşişlər sistemi də mövcud idi. Bu bəxşişlər torpaq sahiblərinə, şahın məmurlarına, xidmətçilərinə verilirdi (düşüllük, novruzi, peşkəş, eydi və s.). Dövlətin və feodalların xeyrinə toplanan vergilər yerinə yetirilməli olan mükəlləfiyyətlər (çərik, tərh, ulaq, ulam, biyar və s.) əhalini müflisləşdirdi.


Tarix: 07.01.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Azərbaycanda vergi və mükəlləfiyyət sistemi
loading...